çərşənbə axşamı günü, 24 noyabr 2026
     

Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

Image


ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsini mümkün qədər tez başa çatdırmağa çalışır. Onun üçün bu, təkcə xarici siyasət uğuru deyil, həm də daxili siyasi baxımdan vacib məsələdir. Çünki noyabrda keçirilən aralıq seçkilərdən sonra Konqresdə qüvvələr nisbəti dəyişib, yanvarda isə demokratlar Konqresdə üstünlük əldə edəcəklər. Belə bir şəraitdə Trampın Ukrayna ilə bağlı qərarları və danışıqlar prosesinə təsir imkanları məhdudlaşa bilər. Buna görə də onun yeni siyasi reallıq formalaşmamış sülh razılaşmasına nail olmaq istədiyi ehtimal olunur.

Trampın Ukraynada sülh razılaşmasına nail olmaq üçün qarşısında qoyduğu vaxt çərçivəsi nə dərəcədə realdır? O, yanvarda Konqresdə qüvvələr nisbəti dəyişməmiş müharibəni dayandırmağa nail ola bilərmi, yoxsa Rusiya və Ukraynanın mövqeləri arasındakı ciddi ziddiyyətlər bu planın həyata keçməsinə imkan verməyəcək?

Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində ABŞ Prezidenti Donald Trampın diplomatik fəallığı artdıqca, Vaşinqtonun bu məsələdə nə dərəcədə konkret nəticə əldə edə biləcəyi ilə bağlı müzakirələr də güclənir. Trampın müharibəni mümkün qədər tez başa çatdırmaq istəyi yalnız beynəlxalq təhlükəsizlik maraqları ilə deyil, həm də ABŞ-ın daxili siyasi gündəliyi ilə bağlıdır. Xüsusilə Konqresdə siyasi qüvvələr nisbətinin dəyişməsi ehtimalı Ağ Ev rəhbərinin Ukrayna məsələsində vaxt amilinə daha həssas yanaşmasına səbəb ola bilər.

Arzuxan Əlizadə: "Yanvar ayına qədər atəşkəs mümkündür, lakin müharibənin köklü şəkildə başa çatması real görünmür"

Arzuxan Əlizadə: "Azərbaycan-ABŞ əlaqələri artan dinamika ilə inkişaf edir"

AMİP sədri, deputat Arzuxan Əlizadə məsələ ilə əlaqədar "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Donald Tramp üçün Ukrayna müharibəsinin dayandırılması özünü qlobal miqyasda sülhə nail olan lider kimi təqdim etmək və seçicilər qarşısında verdiyi vədləri yerinə yetirmək baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, ABŞ Konqresində siyasi qüvvələr nisbətinin dəyişməsi onun Ukrayna məsələsində qərarvermə imkanlarını məhdudlaşdıra bilər. Bu baxımdan Trampın mövcud siyasi şəraitdən istifadə edərək yanvar ayına qədər müəyyən nəticə əldə etməyə çalışması başadüşüləndir.

Deputatın fikrincə, buna baxmayaraq, müharibənin dayandırılması üçün nəzərdə tutulan vaxt çərçivəsi kifayət qədər iddialıdır və real şəraitdə bu məqsədə nail olmaq asan deyil. Çünki münaqişənin taleyi yalnız ABŞ-ın siyasi iradəsindən asılı deyil. Rusiya və Ukraynanın mövqeləri arasında ciddi ziddiyyətlər qalmaqdadır. Ərazi məsələləri, təhlükəsizlik təminatları, Ukraynanın gələcək hərbi-siyasi statusu və Rusiyanın irəli sürdüyü şərtlər danışıqların ən mürəkkəb mövzularıdır.

A.Əlizadə qeyd edib ki, Ukrayna öz suverenliyini və ərazi bütövlüyünü təhlükə altına qoyan razılaşmaya getmək istəməyəcək. Rusiya isə müharibə nəticəsində əldə etdiyi mövqelərdən geri çəkilmək niyyətində olmadığını nümayiş etdirir. Belə bir şəraitdə tərəfləri qısa müddətdə ortaq məxrəcə gətirmək ciddi diplomatik səylər tələb edir.

Deputat hesab edir ki, Trampın Konqresdəki siyasi vəziyyət dəyişməmiş razılaşma əldə etmək istəyi danışıqlarda müəyyən tələskənliyə səbəb ola bilər. Lakin beynəlxalq münaqişələrdə tələskən qərarlar heç də həmişə uğurlu nəticə vermir. Tərəflərin fundamental maraqları nəzərə alınmadan əldə edilən razılaşma davamlı sülhə deyil, münaqişənin növbəti mərhələsinə zəmin yarada bilər.

Onun qənaətinə görə, yanvar ayına qədər atəşkəsin və ya ilkin siyasi razılaşmanın əldə olunması ehtimalını tamamilə istisna etmək olmaz. Ancaq müharibənin köklü şəkildə başa çatdırılması və davamlı sülhün təmin edilməsi üçün bu müddət real görünmür. Əsas məsələ müharibəni formal şəkildə dayandırmaq deyil, Ukraynanın dövlət müstəqilliyini və təhlükəsizliyini qoruyan, eyni zamanda regionda yeni hərbi qarşıdurma riskini aradan qaldıran siyasi razılaşmanın əldə olunmasıdır.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

24.11.2026 / 18:55
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

24.11.2026 / 18:10
Rusiya-Ukrayna müharibəsində yeni cəbhə xətti: Finlandiya savaş meydanına çevrilir

24.11.2026 / 18:02
İki baş həkim vəzifəsindən azad edildi

24.11.2026 / 17:50
Paşinyan Zəngəzur dəhlizində ilkin olaraq elektrik xəttini açmaq istəyir...

24.11.2026 / 17:33
Ramiz Mehdiyevin kürəkəni Əli Kərimlinin məhkəməsində hakimdən nə xahiş edib?..

24.11.2026 / 17:18
Mətbuat Şurası media subyektlərini jurnalist etikası qaydalarına əməl etməyə çağırdı

24.11.2026 / 17:02
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - FOTO

24.11.2026 / 16:48
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - FOTO

24.11.2026 / 16:37
"...yoxlasan, babası lütün biri olub" - Siyavuş Novruzov

24.11.2026 / 16:21
Vüqar Rəhimzadə: Hər daşı, qayası tarix olan Kəlbəcər canlı təbiət muzeyini xatırladır

24.11.2026 / 16:12
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki tankerin minaya düşdüyünü açıqlayıb

24.11.2026 / 15:59
Portuqaliyada qatarların yarıdan çoxu maşinistlərin tətili səbəbindən yoldan çıxıb

24.11.2026 / 15:57
Tramp və Rutte noyabrın 25-də danışıqlar aparacaqlar

24.11.2026 / 15:50
TRIPP-in açılışı Rusiya və İranın Ermənistana hücumlarını artırır...

24.11.2026 / 15:46
Qalibaf: “Vaşinqton bu yeddi şərti qəbul edənə qədər Tehran regional vəziyyətin nizamlanması üçün danışıqlar aparmaq niyyətində deyil”

24.11.2026 / 15:38
Zelenski nöqtəni qoydu - "Krım körpüsü mövcud olmayacaq"...

24.11.2026 / 15:37
“Özbəkfilm” neyroşəbəkələr vasitəsilə film çəkməyə başlayacaq

24.11.2026 / 14:37
Memarlıq və İncəsənət İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə çapdan çıxıb

24.11.2026 / 14:18
Yunanıstan pasportunda Xankəndi “Stepanakert” kimi göstərilib - XİN faktı araşdıracaq

24.11.2026 / 13:50
ABŞ-da Azərbaycan bayrağı ilə bağlı yayılan məlumatlar təkzib edildi

24.11.2026 / 13:25
İlham Əliyev Beynəlxalq Konqres qarşısında vəzifə qoydu - İpək yolunun bərpa imkanları... - İpək yolunun bərpa imkanları...

24.11.2026 / 12:49
Qafqazda və Azərbaycan memarlığında Kəlbəcər abidələrinin yeri və rolu

24.11.2026 / 12:46
Azərbaycançılıq: milli suverenlik və dövlətçilik ideologiyası

24.11.2026 / 12:31
"Heç bir dastanımızda Azərbaycan kişisinin iki qadını yoxdur" – Gündüz İsmayılov

24.11.2026 / 12:18
Prezidentin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

24.11.2026 / 11:56
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

24.11.2026 / 11:55
"Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib" - Prezident

24.11.2026 / 11:31
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb

24.11.2026 / 11:25
Yaxın Şərq müharibəsi Avropaya sıçraya bilər – Tehran ABŞ-ın Avropadakı müttəfiqlərinə xəbərdarlıq etdi

24.11.2026 / 11:05
ABŞ Suriyaya yenidən qoşun göndərir – 15 ölkənin iştirakı ilə hərbi missiya planı...

24.11.2026 / 10:54
ABŞ-ın hərbi müşayiəti də kömək etmədi – Hörmüzdə daha üç tanker alov aldı...

24.11.2026 / 10:46
ABŞ senatoru Prezident Əliyevi və Paşinyanı təbrik etdi

24.11.2026 / 10:23
Sürücülük hüququ olmayan şəxs ailəsi ilə birlikdə qəzaya düşdü...

24.11.2026 / 10:07
Yaxın Şərq yeni qarşıdurmanın astanasında – Qətər Vaşinqtona xəbərdarlıq etdi...

24.11.2026 / 09:48
Bakıda yeni işıqforlar quraşdırılacaq - avtobus sürücülərinin nəzərinə...

24.11.2026 / 09:12
Hacıqabulda müəmmalı ölüm - ADSEA yayılan məlumatı təkzib etdi

24.11.2026 / 08:40
İran Ali rəhbərinin müşaviri TRİPP-i “saxta dəhliz” adlandırdı - “Hörmüzdən dərs çıxarın” nə deməkdir?

24.11.2026 / 08:05
Rusiya Kosmosa nüvə peyki buraxır? Alman kəşfiyyatından şok xəbər

23.11.2026 / 22:41
Moskvanın Avropada gizli casus əməliyyatı – 20 milyondan çox elanın arxasındakı gizli plan ortaya çıxdı

23.11.2026 / 22:16
Türkiyə NATO-dan çıxa bilər - Fidanın ikibaşlı anonsu...

23.11.2026 / 21:59
İllər əvvəl qırılmış Moskva-Tbilisi dialoqu müəmmalı şəkildə bərpa olundu...

23.11.2026 / 21:56
Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

23.11.2026 / 21:44
Netanyahu Fələstinlə bağlı Teampın planına tam əks şərt irəli sürdü...

23.11.2026 / 21:29
Fürsətçi… YUNUS OĞUZ yazır

23.11.2026 / 21:27
“Azərbaycan Ermənistana öz qubernatorunu göndərəcək, ölkə Bakıdan idarə olunacaq...”

23.11.2026 / 21:10
Trampla Si "üçlü görüş" barədə mətbuat konfransı keçirmədi - səbəb...

23.11.2026 / 21:06
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - FOTO

23.11.2026 / 21:01
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət attaşesi “Sərdar Sandıq-Mücrü Ocağı”nda

23.11.2026 / 20:50
Moskva Azərbaycana və Ermənistana yenidən vasitəçilik təklif etdi...

23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...

23.11.2026 / 20:23
Azərbaycan xarici siyasətdə yeni vektoru fəallaşdırır...

23.11.2026 / 20:08
ABŞ-da Çin şirkətlərinə qarşı təqiblər gücləndi... Tramp-Si görüşü boşa çıxdı...

23.11.2026 / 19:55
Hüquq-mühafizə orqanları Türkmənistanda ucuz ərzaq növbəsinə duranları qorxudur

23.11.2026 / 19:36
Aralıq dənizində Rusiya gəmisini batıran dronlarla bağlı yeni iddia - Albaniya ittihamları rədd etdi...

23.11.2026 / 19:23
Türkiyə müharibəyə (?) hazırlaşır - 81 şəhərdə sığınacaqlar tikilir...

23.11.2026 / 19:07
Səddam Hüseynin təyyarəsi satışa çıxarıldı – qiyməti 900 min dollardır...

23.11.2026 / 18:44
70-ci illərdə ermənilərin Türk dünyasına düşmənçiliyi bu hadisdən başlayıb...

23.11.2026 / 18:21
Azərbaycan ticarət müstəvisində Ermənistanı özündən asılı vəziyyətə salır

23.11.2026 / 17:51
Moskva-İrəvan dəmiryolu toqquşması şiddətlənir - Ermənistanda ruslar sıxışdırılır...

23.11.2026 / 17:47
Ərəb ölkələri İrana qarşı birləşir...

23.11.2026 / 17:39
Avropa liderləri Kremldə Putinin qəbulunda - ABŞ Avropanı nəyə sövq edir...

23.11.2026 / 17:21
AQTA Bakıda məşhur restoranın fəaliyyətini dayandırdı

23.11.2026 / 16:58
Ceyhun Bayramov italiyalı nazirlə görüşdü...

23.11.2026 / 16:40
Prezident İlham Əliyev Trampa təşəkkür etdi

23.11.2026 / 15:40
Pekindəki "üçlü görüş formatı" heç vaxt təkrar olunmayacaq - Putin eyham vurdu

23.11.2026 / 15:38
Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzaladı

23.11.2026 / 14:57
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident Əliyevə təşəkkür etdi

23.11.2026 / 14:52
Ukrayna ilə saziş naminə Putin yeni şərt irəli sürdü - Avropa liderləri getsin...

23.11.2026 / 14:17
Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

23.11.2026 / 14:12
Prezident ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqlədi

23.11.2026 / 14:10
TRIPP layihəsinin icrasına start verildi – Naxçıvanla quru bağlantısı reallaşır...

23.11.2026 / 13:53
Ukrayna-Rusiya savaşı Aralıq dənizinə də sıçradı – iki rus gəmisi və helikopteri dənizdə batırıldı...

23.11.2026 / 13:35
Ukraynadan Rusiyanın neft sənayesinə ağır zərbə – Vahid Ələkbərovun şirkətində yanğınlar başladı...

23.11.2026 / 13:18
Ermənistanın yeni Konstitusiya layihəsində kilsəsi ilə bağlı dəyişiklik edildi...

23.11.2026 / 13:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

23.11.2026 / 12:48
Rusiya ilə Hollandiya arasında gərginlik pik həddə – Moskva Haaqaya müharibə mesajı verdi...

23.11.2026 / 12:39
Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində bir sıra sənədlər imzalandı

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ