Cümə günü, 09 oktyabr 2026
     

Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

Image


Azərbaycanda müəyyən sayda işçilərin işlədiyi obyektlərin bir çoxunda onlarla hələ də əmək müqaviləsi bağlanmayıb. Belə işçilər gələcək pensiyası barədə çox düşünməyib. İşəgötürəndən əmək müqaviləsi tələb etmək də həmişə mümkün olmur. Müqavilə tələb edəndə deyirlər ki, istəmirsənsə, yerinə başqası var. Bu narahatlıq, əslində, minlərlə insanın ortaq dərdidir. Qeyri-rəsmi əmək bu günü xilas etsə də, gələcəyin sosial təminatını kölgədə qoyur.

"Əmək pensiyaları haqqında" Qanunun 21-ci maddəsinə əsasən, sığorta stajı insanın sadəcə neçə il işləməsi ilə deyil, həmin illərdə onun adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə hesablanır. Yaşa görə əmək pensiyası hüququnun yaranması üçün əsas meyarlardan biri fərdi hesabda yığılmış pensiya kapitalının kifayət qədər olmasıdır. Hazırda minimum əmək pensiyası 320 manatdır. Qanunla 12 il pensiyaödəmə müddəti müəyyən edildiyi üçün 144 ay ərzində (320 manat × 144) 46 min 80 manat pensiya kapitalı minimum pensiya təminatına imkan verir. Əgər şəxsin fərdi hesabındakı pensiya kapitalı bu məbləğə yetmirsə, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün azı 25 il sığorta stajı tələb olunur. 2026-cı il iyulun 1-dən həm kişilər, həm də qadınlar üçün pensiya yaşı bərabərləşib, 65-ə yüksəlib. Hazırda əhalinin 10.5 faizini (1 milyon 103.3 min nəfər) pensiyaçılar təşkil edir. Müqaviləsiz çalışdığı üçün pensiya hüququ qazanmayan yaşlı vətəndaşlar isə ayda cəmi 220 manatlıq sosial müavinətlə kifayətlənməli olurlar. Yəni müqaviləsiz işləyən şəxs sosial sığorta haqları ödəməyibsə, onun pensiya kapitalı da formalaşmır. İqtisadçı Rəşad Həsənov deyir ki, məcburi dövlət sosial sığorta haqqı ödəyən sahibkarlar və torpaq mülkiyyətçiləri üçün də sığorta stajı formalaşa bilər. Onun sözlərinə görə, ölkədə 1 milyon 700 mindən artıq torpaq mülkiyyətçisinin əhəmiyyətli hissəsinin əmək müqaviləsi yoxdur. Bu şəxslər torpaq mülkiyyətçisi kimi sosial sığorta haqqı ödəməklə sığorta stajı toplaya bilərlər. İqtisadçı vurğulayır ki, həmin ödənişlər böyük məbləğlər olmasa da, xüsusilə regionlarda yaşayan insanlar üçün müəyyən maliyyə yükü yaradır. Hələ 2017-ci ildə qeyri-rəsmi məşğulluğun monitorinqi və statistik göstəricilərinin hazırlanması tapşırılsa da, aradan keçən 9 ildə Azərbaycanda bu sahənin dəqiq miqyasına dair heç bir rəsmi məlumat açıqlanmayıb. İqtisadçı R.Həsənov da qeyri-rəsmi çalışanların dəqiq sayının bəlli olmadığını, lakin bu göstəricinin ən azı 1.5–2 milyon nəfər olması ehtimalının çox yüksək olduğunu bildirir. Belə ki, Azərbaycanda təxminən 5 milyon nəfərlik əmək qüvvəsi olduğu halda, oxşar iqtisadiyyatlarda bunun 3.5-4 milyonu muzdla çalışan şəxslərdir. Hazırda isə ölkədə təxminən 1.8 milyon nəfərin əmək müqaviləsi var. İqtisadçı hesab edir ki, bu müqayisə əmək bazarında 1.5-2 milyon nəfərin öz əməyini rəsmiləşdirmədiyini və ya qanuni əmək bazarına cəlb edilmədiyini göstərir.
Məsələni “Azadlıq” radiosuna şərh edən, adının çəkilməsini istəməyən hüquqşünasın sözlərinə görə, keçmiş əmək fəaliyyətini bərpa etmək nəzəri baxımdan mümkündür. İşçi faktiki əmək münasibətlərində olduğunu sübut edə bilsə, məhkəməyə müraciət edə bilər. Lakin burada həm iddia müddəti, həm də sübut bazası həlledici rol oynayır. Yəni iddia müddəti ötürülməyibsə, məhkəmədə iddia qaldırıb həmin münasibətləri tanıtmaq nəzəri olaraq mümkündür. Hüquqşünas vurğulayır ki, illər keçdikcə faktiki işlədiyini sübut etmək daha da çətinləşir. Çünki işçinin harada, nə qədər müddət və hansı şərtlərlə çalışdığını təsdiqləyən sənədlər, bank çıxarışları, yazışmalar və digər sübutlar çox vaxt olmur: "Hətta məhkəmə bunu qəbul etsə belə, həmin dövrün sosial sığorta sisteminə daxil edilib-edilməyəcəyi tamamilə ayrı bir məsələdir". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək müqaviləsini işçinin gələcək pensiyasının əsas zəmanəti sayır, qanunvericilik isə müqaviləsiz işçi çalışdıran işəgötürənləri ciddi cəzalandırır. Vergi Məcəlləsi bu pozuntuya görə il ərzində 2 min manatdan 6 min manatadək maliyyə sanksiyası, İnzibati Xətalar Məcəlləsi isə 25 min manatadək cərimə nəzərdə tutur. Müqaviləsiz işçi sayı 10 nəfəri keçdikdə isə məsələ artıq cinayət məsuliyyəti müstəvisinə keçir. Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən ilin sonunda Azərbaycanın qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsindəki uğurlarını əlamətdar adlandırıb. O, 2017-ci ildən bəri ölkədə əmək müqavilələrinin sayının 44 faiz, özəl sektorda isə 536 min artdığını deyib: "Bu gün biz artıq 1.9 milyon əmək müqaviləsinin olduğunu müşahidə edirik. Amma bu islahatlara başlayanda müqavilə sayımız cəmi 1.3 milyon idi". İqtisadçı R.Həsənov hesab edir ki, əsas məsələ qeyri-rəsmi məşğulluğun kökündə duran səbəbləri aradan qaldırmaqdır. Onun fikrincə, yüksək fiskal və vergi yükü, eləcə də bazardakı rəqabət mühiti bir çox sahibkarı qeyri-rəsmi fəaliyyətə sövq edir. Beynəlxalq Əmək Təşkilatı da bildirir ki, qeyri-rəsmi çalışanların problemini təkcə cərimə və nəzarətlə həll etmək mümkün deyil, sosial sığortaya qoşulmağı sadələşdirən və ödəniş yükünü azaldan mexanizmlər də mühüm rol oynayır. Məsələn, Uruqvaydakı "Monotributo" sistemi fərdi çalışanlara sadələşdirilmiş ödənişlə həm vergi, həm də sosial müdafiə sisteminə qoşulmaq imkanı verir. Ölkədə qeyri-rəsmi məşğulluq 2001-ci ildəki 42.8 faizdən 2022-ci ildə 21 faizə düşüb. Beynəlxalq Əmək Təşkilatının təhlillərinə görə, dünyada 2.1 milyard insan qeyri-formal çalışır; bu göstərici ən az inkişaf etmiş ölkələrdə 88.6 faizə çatır. Qurum vurğulayır ki, kölgə iqtisadiyyatını bitirmək üçün yeni, keyfiyyətli iş yerləri yaratmaq və iqtisadi məhsuldarlığı qaldırmaq lazımdır.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

08.10.2026 / 18:55
Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

08.10.2026 / 18:27
Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

08.10.2026 / 18:10
Azərbaycanın taktikası, strategiyası və ana xətti - dəyişiklik olacaq?...

08.10.2026 / 17:55
Bakı Dialoqu çərçivəsində itkin düşmüş şəxslərlə bağlı yekun bəyannamə qəbul edilib

08.10.2026 / 17:49
Susqun fırçanın ölməz fəryadı: Bəhruz Kəngərlinin rəngli irsi...

08.10.2026 / 17:43
Milli Məclisdən korrupsiyaya içində boğulan Avroparlamentə tutarlı cavab...

08.10.2026 / 17:30
Cəbrayılda mal-qara otaran sakin minaya düşdü

08.10.2026 / 17:23
İsrail Qüdsdəki ingilis baş konsulluğunu bağladı... Yeni gərginlik...

08.10.2026 / 17:10
İran Hörmüzdən "bir qaşıq" neft buraxmayacağını bəyan etdi...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ