Estoniyanın Baş naziri Kristen Mixal ABŞ Prezidenti Donald Trampın Rusiya dizel yanacağına sanksiyaların yumşaldılması qərarını böyük səhv adlandırıb.
Mixal bildirib ki, bu qərar Qərbin Rusiya lideri Vladimir Putinə enerji gəlirlərinin axınını dayandırmaq üçün uzun müddətdir davam edən səylərinə ziddir. O, həmçinin ABŞ-ın əvvəllər müttəfiqlərini Rusiya yanacağından imtina etməyə inandırdığını da qeyd edib.
"Bu, böyük bir səhvdir, çünki diktatorlarla sövdələşmələr cəhənnəmə aparan yoldur. Günahsız insanlar qaz və yanacaqdan əldə edilən pullarla öldürülür. Və çox güman ki, gözlənilən bu yanacaq çatmayacaq" – deyə o, qərarı şərh edərkən bildirib.
Mixal, Avropa ölkələrini Rusiya neft emalı zavodlarını xarabalığa çevirməsi üçün Ukraynaya dəstək verməyə çağırıb: "Estoniyada və bu həftə Avropa Şurasının iclasında Ukraynanın Rusiya neft emalı zavodlarını xarabalığa çevirməsi üçün ona dəstəyi sürətlə artıra biləcəyimizi müzakirə etməliyik".
Tahir TAĞIYEV