ABŞ prezidenti Donald Tramp Ağ Evdə İran və Ukrayna münaqişələrini yaxın gələcəkdə həll etməyi və ya qalib gəlməyi gözlədiyini bildirib.
"Yaxın gələcəkdə daha iki münaqişəni həll etmək və ya qazanmaq niyyətindəyəm: İranla və Rusiya-Ukrayna münaqişəsi ilə", - deyən Amerika prezidenti hər iki müharibənin tezliklə bitəcəyinə əminliyini ifadə edib. İrandan danışarkən, o, Tehranın Vaşinqtonun tələblərini qəbul edib-etməməsindən asılı olmayaraq münaqişəni bitirəcəyi ilə hədələyib.
"İran - bu, çox sürətli olacaq, bu və ya digər şəkildə: ya hər şeyi bizə verəcəklər, ya da artıq var olmayacaqlar" – deyə Tramp bildirib.
Amerika prezidenti həmçinin İranla müharibə bitdikdən sonra yanacaq qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini proqnozlaşdırıb. Onun sözlərinə görə, münaqişə bitən kimi neft və benzinin qiyməti düşməlidir: "Qiymətlər kəskin şəkildə aşağı düşəcək və bütün bunlar tezliklə, bu və ya digər şəkildə, bitəcək".
Tahir TAĞIYEV