ABŞ prezidenti Donald Tramp ötən həftə milli təhlükəsizlik müşavirlərinin görüşündən sonra ona təqdim edilən İrana qarşı yeni hərbi əməliyyat planını nəzərdən keçirir.
“The New York Times” qəzeti mənbələrə istinadən xəbər verir ki, bu plan təxminən üç gün davam edən qısa, lakin gərgin bir hərbi əməliyyatı nəzərdə tutur.
Mənbələrə görə, prezident Pentaqon tərəfindən hazırlanmış və İranın dron və raket arsenallarına, enerji infrastrukturu obyektlərinə və digər hərbi hədəflərinə zərbələr endirilməsini nəzərdə tutan planları nəzərdən keçirir, baxmayaraq ki, bir gün əvvəl zərbələrin 3 noyabrda keçirilməsi planlaşdırılan ara seçkilərdən sonra başlayacağını bildirmişdi.
ABŞ rəsmiləri bildirir ki, təhlükəsizlik rəsmiləri son aylarda İrana və ya Yəməndə İranın dəstəklədiyi Husi üsyançılarına qarşı genişmiqyaslı əməliyyatlar aparmaq üçün beş dəfə təklif irəli sürüblər, lakin Tramp hər dəfə təklifləri rədd edib.
Tahir TAĞIYEV