Avropa Parlamentinin prezidenti Roberta Metsola və İrlandiyanın Avropa işləri və müdafiə naziri Tomas Birn Ermənistan mənşəli mallar üçün müvəqqəti ticarət güzəştləri müəyyən edən qanun layihəsini imzalayıblar. Mərasimdə Avropa Parlamentinin Ermənistan üzrə məruzəçisi Boqdan Zdroyevski də iştirak edib.
Qaydalar iki il müddətinə geniş çeşiddə Ermənistan mallarına gömrük rüsumlarının ləğvini nəzərdə tutur. İstisnalar emal olunmuş kənd təsərrüfatı məhsulları, tekstil və ayaqqabı da daxil olmaqla 300-dən çox məhsul qrupuna şamil edilir. Sənəddə həmçinin Aİ istehsalçıları üçün təminatlar da nəzərdə tutulur.
Tahir TAĞIYEV