İstanbulun qərbindəki Esenyurt rayonunda 16 yaşlı şagird bıçaqla sinif yoldaşlarına hücum edərək üç nəfəri yaralayıb. "RİA Novosti"nin məlumatına görə, bu, meqapolisdə bir həftə ərzində baş verən ikinci belə hadisədir. Rayon rəhbəri Fatih Çobanoğlu jurnalistlərə açıqlamasında bildirib: "Lisey şagirdi iki sinif yoldaşını bıçaqla yaralayıb. Zərərçəkənlər xəstəxanaya yerləşdirilib və hadisə ilə bağlı araşdırma aparılır". Hücumu həyata keçirən yeniyetmə saxlanılıb. Qeyd edək ki, daha öncə İstanbulda bir məktəbli qız bıçaqla beş şagird qızı yaralamışdı. Məktəbdə baş verən həmin hücum zamanı bir şagird həyatını itirmişdi. Aprel ayında Türkiyədə məktəblərə qarşı törədilən bir sıra hücumlar da oxşar səbəblərlə əlaqələndirilmişdi.
SAMİRƏ