Qaradağ rayonu ərazisində yerləşən evlərin birindən 7050 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən bildirilib ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən F.Fərəcov müəyyən olunaraq saxlanılıb.
Araşdırma zamanı onun rayon ərazisində digər evlərdən də elektrik kabelləri oğurladığı müəyyən edilib.
Faktlarla bağlı araşdırma aparılır.
ZÜMRÜD