çərşənbə günü, 04 noyabr 2026
     

164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

Image


Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxılıb. Bu barədə Ali Məhkəmədən məlumat verilib.

İşin hallarına əsasən, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş şəxs ər-arvad arasında yaranmış boşanma və əmlak mübahisəsindən istifadə edərək qadına məxsus mənzili, avtomobili və pul vəsaitlərini aldatma yolu ilə ələ keçirib. Belə ki, 2021-ci ildə Bakı şəhərində yerləşən mənzilin satışına vasitəçilik etmək üçün ona müraciət edən şəxsin həyat yoldaşı ilə boşanma prosesində olduğunu və tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə yarandığını öyrənib. Bundan sonra həmin şəxs qadınla ayrıca görüşərək guya ərinin onu aldadıb mənzilini və avtomobilini ələ keçirmək niyyətində olduğunu bildirib.

Qadının etimadını qazanan şəxs əmlakların məhkəmə mübahisəsi başa çatanadək müvəqqəti olaraq başqa şəxslərin adına rəsmiləşdirilməsini təklif edib. O, məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin əmlakların yenidən qadının mülkiyyətinə qaytarılacağını vəd edib. Qadın bu vədlərə inanaraq mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsinə razılıq verib. Lakin sonradan həmin mənzil onun məlumatı və iştirakı olmadan üçüncü şəxsə 100 min manata satılıb. Mənzilin satışından əldə olunan vəsait isə qadına qaytarılmayıb.

Oxşar üsulla qadına məxsus, bazar dəyəri 26 min manat olan “Hyundai IX-35” markalı avtomobil də əvvəlcə yaxın qohumunun adına rəsmiləşdirilib, daha sonra etibarnamə əsasında başqa şəxsə satılıb. Avtomobilin satışından əldə olunan vəsait də mülkiyyətçiyə verilməyib. Bundan əlavə, təqsirləndirilən şəxs mənzilin rəsmiləşdirilməsi, notariat xərcləri və məhkəmədə qadının xeyrinə qərar çıxarılmasına köməklik göstərilməsi adı ilə müxtəlif vaxtlarda ümumilikdə 9800 manat pul alıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 163 800 manat maddi ziyan vurulub.

Cinayət işi üzrə o da müəyyən edilib ki, həmin şəxs digər vətəndaşdan torpaq sahəsinə çıxarış alınmasına kömək göstərmək adı ilə 5000 manat, başqa bir vətəndaşın qızını işə düzəltmək vədi ilə 2000 manat, avtomobil satmaq adı ilə isə 1800 manat pul alaraq verdiyi vədləri yerinə yetirməyib.

Birinci instansiya məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib, əsas zərərçəkmiş şəxsin xeyrinə 163 800 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirilmədən saxlayıb.

Məhkum kassasiya şikayətində əsas zərərçəkmiş şəxslə bağlı cinayət epizodu üzrə özünü təqsirli bilməyərək mənzilin qadının razılığı ilə faizli borc alınması məqsədilə başqa şəxsin adına rəsmiləşdirildiyini, mənzil və avtomobilin satışında isə yalnız vasitəçi kimi iştirak etdiyini bildirib. O, digər cinayət epizodları üzrə təqsirini qəbul edərək apellyasiya instansiyasının qərarının ləğv olunmasını və işə yenidən baxılmasını xahiş edib.

Ali Məhkəmənin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edib ki, dələduzluq cinayətinin əsas xüsusiyyəti zərərçəkmiş şəxsdə həqiqətə uyğun olmayan təsəvvür yaratmaqla və ya onun etimadından sui-istifadə etməklə əmlakın ələ keçirilməsidir.

Məhkəmə kollegiyasının mövqeyinə görə, zərərçəkmiş şəxsin əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsinə razılıq verməsi həmin əmlakın sonradan onun iradəsindən kənar satılmasına və satışdan əldə olunan vəsaitin başqaları tərəfindən götürülməsinə razılıq kimi qiymətləndirilə bilməz.

Hazırkı işdə qadının razılığı əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi və sonradan geri qaytarılması barədə verilmiş vədlər əsasında formalaşıb. Buna görə də belə razılığın mövcudluğu aldatma və etibardan sui-istifadə yolu ilə əmlakın ələ keçirilməsini istisna etmir.

Ali Məhkəmə vurğulayıb ki, araşdırılmış sübutlar məhkumun rolunun yalnız vasitəçilik fəaliyyəti ilə məhdudlaşmadığını təsdiqləyir. O, mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsini təşkil edib, sonrakı satış prosesində iştirak edib və borc məbləği ilə faiz ödənişi çıxıldıqdan sonra qalan pul vəsaitini əldə edib.

Avtomobilin satılması ilə bağlı şahid ifadələri də məhkumun alıcı ilə əlaqə saxladığını, satış qiymətini müzakirə etdiyini, rəsmiləşdirməni təşkil etdiyini və satışdan əldə olunan vəsaiti götürdüyünü göstərib. Avtomobilin qadının tapşırığı və mənafeyi naminə satılmasını təsdiqləyən sübutlar isə müəyyən edilməyib.

Məhkəmə kollegiyası bildirib ki, əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi barədə vədlər verilməsi, həmin vədlərlə zərərçəkmiş şəxsin etimadının qazanılması, əmlakların sonradan onun iradəsindən kənar özgəninkiləşdirilməsi və əldə olunan vəsaitin məhkum tərəfindən götürülməsi bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir.

Ali Məhkəmə hesab edib ki, aşağı instansiya məhkəmələri tərəfindən sübutlar qanunvericiliyin tələblərinə uyğun araşdırılıb və qiymətləndirilib, məhkumun hərəkətlərinin dələduzluq kimi tövsif edilməsi düzgün olub.

ZÜMRÜD



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

03.11.2026 / 11:18
Prezident İlham Əliyev Laosun yeni səfirini qəbul etdi - FOTO

03.11.2026 / 11:10
Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi

03.11.2026 / 11:05
Azərbaycanın yeni Ombudsmanı seçilir...

03.11.2026 / 10:39
ABŞ-ın son həftələrdə İrana qarşı keçirdiyi gizli hərbi əməliyyatların üstü açıldı...

03.11.2026 / 10:25
Gürcüstandan gizli şəkildə 400 dən çox mobil telefon gətirənlər “Qırmızı Körpü”də ilişdi...

03.11.2026 / 10:03
Neft Fondunun dövlət büdcəsinə transfertlərinin ümumi həcmi 180 mlrd. manatı keçdi

03.11.2026 / 09:46
Hörmüz boğazında ABŞ-ın daha bir MQ-9 PUA-sı vuruldu...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ