ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının aralıq konqres seçkilərindəki uğursuzluğunu müdafiə edərək deyib ki, əgər onun adı seçki bülletenində olsaydı, partiya qalib gələcəkdi.
"Mən seçki bülletenində deyildim və əgər mən olsaydım, biz BÖYÜK fərqlə qalib gələrdik!" - deyə Amerika prezidenti yazıb.
Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi isə iddia edib ki, Prezident Tramp seçki bülletenində olmadığından onun tərəfdarları səsvermədə iştirak etməyib: "Tramp seçicilərinin məhz o seçki bülletenində olduğu zaman səs verməyə gəldiyi sübut olunub".
Xatırladaq ki, ara seçkilərin ilkin nəticələrinə görə, Respublikaçılar Partiyası yuxarı palatadakı əksəriyyətini itirir - Demokratlar çoxluq üçün lazım olan 51 yeri qazanıblar.
Bundan əlavə, Demokratların Nümayəndələr Palatasında çoxluq qazanacağı gözlənilir.
SAMİRƏ