Latviya, Rusiyanın Ukraynaya son hücumları nəticəsində ən azı 26 nəfərin ölümünə səbəb olan hadisələrə görə BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu barədə Latviyanın xarici işlər naziri Baiba Braže sosial media səhifəsində yazıb.
Braže bildirib ki, Latviya Rusiyanın Ukraynadakı mülki şəxslərə, o cümlədən Komışevaxadakı humanitar yardım paylama məntəqəsinə hücumları ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Bu hücumlarda ən azı 26 mülki şəxs həlak olub.
Xatırladaq ki, noyabrın 2-də Rusiya ordusu Ukraynanın Zaporojye bölgəsindəki Kamışevaxa kəndinə kütləvi hücum təşkil edib, nəticədə 26 nəfər həlak olub.
Tahir TAĞIYEV