Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas bildirib ki, ABŞ-ın Atlanta şəhərində keçirilən G20 xarici işlər nazirlərinin görüşü zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvanın Ukrayna ilə bağlı sülh danışıqlarına hazır olduğuna dair heç bir əlamət göstərməyib. O qeyd edib ki, iyul, avqust və sentyabr ayları Ukraynada mülki şəxslər üçün ən ölümcül aylar olub və Rusiya "danışıqlara hazır olduğunu öz əməlləri ilə sübut etməlidir". "Təbii ki, o [Lavrov] bir çox yalanlar və təhrif olunmuş faktlar səsləndirdi, biz isə sonradan bunların hamısını təkzib edə bildik", - deyən Kallas, həmçinin, Moskvaya qarşı təzyiqlərin artırılmasına çağırıb. Daha əvvəl almaniyalı siyasətçi İohann Vadeful bildirib ki, G20 xarici işlər nazirlərinin görüşündə iştirak edən avropalı nümayəndələr Ukraynada davam edən müharibə səbəbindən Lavrovla birlikdə foto çəkdirməkdən imtina ediblər. Alman rəsmi fikir ayrılıqlarını müzakirə etmək üçün Rusiya tərəfi ilə əlaqə saxlamağın zəruri olduğunu etiraf etsə də, vurğulayıb ki, bu cür təmaslar "hər şeyin əvvəlki kimi davam etdiyi" təəssüratını yaratmamalıdır.
SAMİRƏ