ABŞ-ın Corciya ştatının Atlanta şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri toplantısı diplomatik gərginliklə yadda qalıb.
Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun da qatıldığı sammitdən əvvəl Avropa nümayəndələri Ukraynada davam edən müharibə səbəbindən Rusiya naziri ilə eyni fotoda yer almaqdan imtina ediblər. Bu fikir ayrılığından sonra sammitlərdə çəkilən ənənəvi ailə fotosunun ləğv edilməsi qərara alınıb.
Almaniya Xarici İşlər Naziri Yohann Vadeful görüşdən əvvəl jurnalistlərə bildirib ki, Avropalılar Lavrovla şəkil çəkdirməyəcək: “Cənab Lavrovla Avropa tərəfdaşlarımızla birlikdə qətiyyən ailə fotosu olmayacaq. Rusiya ilə normallaşmaqdan söhbət gedə bilməz”.
ABŞ Dövlət Departamentinin rəsmisi isə bildirib ki, Vaşinqton administrasiyası fotonun tamaşaya və ya diqqəti yayındıran bir şeyə çevrilməsini istəmir və rəsmi proqramdan çıxarılıb.
Adı açıqlanmayan Qərb diplomatı iddia edib ki, Avstraliya və Kanadadan olanlar da daxil olmaqla, iştirakçıların təxminən üçdə biri Lavrovla eyni fotoşəkildə olmağa etiraz edib.
Avropa rəsmiləri böhranın öhdəsindən gəlmək üçün iki ayrı ailə fotosunun çəkilə biləcəyini təklif ediblər: biri Lavrovla, digəri isə rusiyalı nazir olmadan…
Tahir TAĞIYEV