Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda sərhədi qanunsuz keçmə hadisəsinə müdaxilə zamanı açılan atəş nəticəsində əsgər Yusuf Sait Ünlü yaralanıb.
Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, yaralı əsgər helikopterlə Hakkari xəstəxanasına çatdırılıb. Lakin bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Əsgər aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
Tahir TAĞIYEV