Hörmüz boğazından çıxan neft tankeri naməlum sursatla hücuma məruz qalıb. Bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) məlumat yayıb.
Hadisə ilə əlaqədar bölgədə hərəkət edən gəmilərə ehtiyatlı olmaq tövsiyə edilib.
Qeyd edək ki, cümə axşamı İranın Fars körfəzindəki Lavan adasından 40 dəniz mili məsafədə daha bir ticarət gəmisi naməlum sursatla vurulub və nəticədə yanğın baş verib.
ZÜMRÜD