Cümə günü, 30 oktyabr 2026
     

“Mən burdayam, ata...”

Image


“Sadiq” sözünün çarpaz xətt funksiyası

(Dördüncü yazı)

Tədqiqat (araşdırma) işi geniş təqdir olunası işdir. Bu zaman söz ümumi dərkdən çıxır, fərdi xarakter kəsb edir. Söz, həm də diafraqmal mahiyyət daşıdığı üçün fərdi hiss subyektiv yanaşmaya çevrilir; bəzən konkret, doğru-dürüst, bəzən də yalan-yanlış kimi məna tapır. Əslində, hər bir şüuri fikrin (haradasa) ideal olmaq haqqı var...

Bu haqqı “Sadiq” sözünün çarpaz norması ilə çözək. O an bəlli olar ki, “Sadiq” sözünün çarpaz xətt (norma) funksiyası maraqlı quruluşdadır:

1 234 5

S ad i q

5 432 1

Sözdəki hərflərin toplananları (yuxarıdan aşağıya) 6 cəmini verir. Birinci hərflə sonuncu hərfin xətti kəsişməsi (1+1=)2 proyeksiyası cızır. Axırıncı hərflə birinci hərfin xətti kəsişməsi isə (5+5=)10 edir. Rapsodik mərkəzləşmə fiqurları üzrə hesab aparsaq, 6+2+10=18 almış olarıq. Zahiri kontekstdə 18 (=) 10 və 8 aralıq vahidindən ibarətdir.

Bu, o deməkdir ki, Sadiq Hüseynov 8 oktyabrda Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

18 kontekstindən “Sadiq” sözündəki hərflərin (səslərin) sayını – 5-çıxsaq, 13 qalar. 13 diafraqmal həddi qəhrəmanımızın ayın 13-də həlak olduğunu göstərir. 13 rəqəmindəki 1+3=4 isə Baş Obrazımızın 4-cü ayda – apreldə dünyadan köçməsini şərtləndirir.

Sözün soldan sağa (yaxud sağdan sola) hesablanması 15-dir (1+2+3+4+5=15 və ya 5+4+3+2+1=15). Burada 15 Sadiq Hüseynovun doğulduğu (avqust – 8-ci ay), yaralandığı (mart – 3-cü ay) və həlak olduğu (aprel – 4-cü ay) ayların üst-üstə cəmidir (8+3+4=15).

Həmçinin, aidiyyəti sözün (“Sadiq”) xətti və əks-çarpaz rakursu 5+5=10-la 1+1=2-dir. Burada 10 və 2 orta həddə 102, aralıq həddə isə 102=1+0+2=3 edir. 3 rəqəmi Sadiq Hüseynovun (öz) ailəsində 3 nəfərin olduğunu (özü, həyat yoldaşı və qızı) göstərir. 3 rəqəmi həm də Sadiq Hüseynovun 3-cü ayda (martda) ağır yaralanmasına işarədir.

29 avqust 1961=2+9+8+1+9+6+1=36=3+6=9. Bu, o deməkdir ki, 9 Sadiq Hüseynovun həyat rəqəmidir...

Həyat da bir yaşam kodu üzrə bərqərardır. İnsan oradakı şifrələri bir ömür aça bilmir. Çünki sözün həqiqət aynasında zəruri olanı görmür... Əslində, zahirən (batincə də) bütün sözlərin öz kod açılışı var...

“Sadiq” sözünün hər üç əlifba (Sanskrit, latın qrafikalı Azərbaycan əlifbası və əbcəd) üzrə konsentral səmti 61+195+31=6+1+1+9+5+3+1=26=2+6=8 hesabına də­lalət edir və alınan 8 rəqəmi Sadiq Hüseynovun doğulduğu aya (avqust) və Milli Qəhrəman adı aldığı günə (8 oktyabr) işarə vurur.

Fərqli bir çözüm edək: Sadiq Hüseynovun həyat rəqəmi 9-un üzərinə Sanskrit hesabından alınan nəticəni – 31-i gəlsək, 40 edər. Burada 40=4+0=4 hesabında 4 Baş Obrazımızın həlak olduğu aya (aprelə) dəlalət edir.

61-dən 31-i çıxıb alınan fərqdən də hər iki cəmdəki ümumi vahidi – 1-i çıxsaq 29 alınar (61-31-1=29). Burada 29 Sadiq Hüseynovun 29 avqustda doğulması və 29 martda ağır yaralanması anlamına gəlir.

“Sadiq” sözünün əbcəd hesabından alınan 31 cəsur zabitimizin doğum – 1961-ci il və ölüm – 1992-ci il tarixləri arasındakı fərqi göstərir: 1992-1961=31. Bu rəqəm həm də Sadiq Hüseynovun (yuxarıda dediyimiz kimi) 31 yaşında həlak olması anlamındadır. 31 rəqəmi həm də qəhrəman zabitimizin son yaş həddi kimi də məna tapır...

“Sadiq” sözündəki əks-çarpaz rakurs - 5+5=10 həddi diferensial norma qurur, belə deyək, hesabdakı 10 rə­qəmi 1 və 0-ın orta ünsürüdür. Burada 1-0=1 və ya 1+0=1 həddi tipik vahidlik əmsalıdır. Həm ailədə va­lideynin 1 olması faktıdır, həm də ailədə sosial yükün (ağırlığın) ən çox həmin o 1-in - Nəzakət xanımın (Sadiq Hüseynovun ömür-gün yoldaşının) üzərində olduğu anlamındadır.

İkinci - xətti hesabımızdakı 1+1=2 və ya 1-1=0 ra­kursu 1 və 0-ın aralıq ünsürüdür; 1+1=2 anlamı xoşbəxt çağlarda Sadiq Hüseynovun ailəsində 2 şəxsin – özünün və həyat yoldaşının olması, 1-1=0 isə ailə başçısını itirdikdən sonra qadının da belə demək mümkünsə, yox­luqda yaşaması, səthi dildə, “yox olması”dır.

Aidiyyəti sözün xətti yönündəki 1 rəqəmi Sadiq Hüseynovun yalnız 1 övladının olması ilə səciyyə tapır...

Sanskrit əlifbası üzrə cəmin – 31-in güzgü əksi 13, əb­cəd hesabı üzrə alınan cəmin - 195-in güzgü əksi 591, latın qrafikalı Azərbaycan əlifbası üzrə alınan cəmin – 61-in güzgü əksi 16-dır. Sözün bütün güzgü əksləri ümumi hesabda (13+591+16=) 620-dir. 620=6+2+0=8. Burada 8 Sadiq Hüseynovun həm özünün (29.08.1961), həm də qızının (20.08.1992) 8-ci ayda (avqustda) doğulması faktıdır.

Sanskrit əlifbası üzrə cəmin – 31-in üzərinə güzgü ək­si - 13-ü gəlsək, 44, əbcəd hesabı üzrə alınan cəmin - 195-in üzərinə onun güzgü əksini – 591-i gəlsək, cavab 786, yaxud latın qrafikalı Azərbaycan əlifbası üzrə alınan cəmin – 61-in üzərinə güzgü əksi 16-nı gəlsək, cavab 77 edər. Ümumi hesabda 44+786+77=907-dir. 907-ni özü­nün güzgü əksi 709 ilə əks çevirmə prosesi üzrə hesaba cəlb etsək, belə bir forma alarıq: 907+709=1616. Bu formada əks çevirmə hesabına uyğun 9-ları bir-birinə vurur (81), 7-ləri isə toplayırıq (14), cavab 81+14=95 edir. 7 qalıqsız bölünmədiyi üçün 9-u əsas götürür, onun 3 ünsürünü 1616 və 95-ə tətbiq edirik. Yəni, 16-nın üzərinə 3 gəlib 19, 95-dən isə 3 çıxıb 92 alırıq. İnterval məsamələrinə uyğun 19 və 92-ni yanaşı həddə çıxarır, nəti­cədə 1992 alırıq. Bununla da həm Sadiq Hüseynovun (özünün) həm ağır yaralandığ (29.03.1992), həm həlak olduğu (13.04.1992), həm də qızı Sadiqənin doğulduğu (20.08.1992) tarixi tapırıq.

Hər üç əlifba üzrə hesab - 61+195+31=287 edir. Burada 2+8+7=17 həddi orta rəqəmin vuruğu ilə isbat ta­pır. Yəni: 17x8=136. 136 rəqəminin, onun güzgü əksi­nin (631) 1+3+6=10 (və ya 6+3+1=10) kontekstində or­ta toplanan (3) əlavə hesab tərzi qurur və 10+3=13 alınır. 13 rəqəmi Sadiq Hüseynovun həlak olduğu gündür. Burada 3 həmçinin, cəsur zabitimizin ağır yaralandığı aya (mart ayına) dəlalət edir.

Yaxud, güzgü əksləri olan 13 və 16 da ümumi toplamda 29-la təmas qurur ki, bu da Sadiq Hüseynovun doğulduğu və yaralandığı günü bəlli edir.

136-nın üzərinə güzgü əksini – 631-i gəlsək, 767 edər. 767=7+6+7=20. 20 rəqəmi Milli Qəhrəmanımızın qızı Sadiqənin doğulduğu gündür.

Beləliklə, hər ad (müəyyən mənada) onu daşıyan şəx­sin səthi deyil, nisbi-sabit təzahürüdür. Biz də (bu rakursda) “Sadiq” sözünün hərf və rəqəm hesabı üzrə mahiyyətinə qısaca nüfuz etdik, sözün güzgü əksi üzrə mənasını axtardıq, sözü əbcəd hesabında izaha çəkdik. Bəlli oldu ki, rəqəmlər hərflərlə nisbətdə diqqətimizi doğru səmtə aparır...

***

...İndi Bakıdan çox uzaq səmtdə - Ağcabədi rayonunun Xocavənd kəndində bir məzar qalıb ilıq-isti ilğımlarla qoyun-qoyuna. Orada uyuyan igid oğul ən çox da ömür-gün yoldaşının və qızının qaynar sevgisinə təşnə ruhunu hər gün bir neçə rəngə dolan hənirtilərin ağuşunda ovudur... Hər gün, ya da bayramlarda və əlamətdar günlərdə ruhən ayaq səslərinə təşnə qalır. Nə xoş ki, doğmaları onu pəjmürdə halda qoymur, tez-tez məzarını ziyarət edirlər.

...Küləyin soyuq nəfəsi ətrafı üşüdəndə qəfil haradansa bir səs qopur: “Mən burdayam, ata, başdaşınla üz-üzə dayanmışam”...

Atanın nigaran baxışları bu səsin ahənginə qısılır, həmin an nədənsə məzarla insan arasında bir səksəkə yaranır...

Qız, əvvəlcə atasının qərib-qərib iç çəkən məzarı ilə üz-üzə dayanır, dodaqlarının arasında isitdiyi həlim sözləri dua şəklində atasının müqəddəs və mübarək ruhuna əta edir, sonra bir addım yaxınlaşıb titrək barmaqları ilə məzarın sinə daşının üstündəki qurumuş yarpaqları, qaxaca dönmüş gülləri ovcuna yığır, bir kənara atır, yenicə aldığı tər qərənfilləri oraya düzür, onları xeyli oxşadıqdan sonra başını atasının başdaşına söykəyib kövrəlir, ani xəyal köçündə atasız günləri gözlərinin önündən kino lenti kimi keçir. Bir anlıq düşünür; nə çətin olur atasız qızların həyat yolu... Eh, mən heç ata görmədim ki... Təkcə şəkillərdə gördüm onun qəhrəman surətini, cəsur döyüşçü simasını. Necə də sərt baxışlı, zabitəli insandır atam. Bəlkə də düşmənə nifrəti səbəbindən o, bütün şəkillərində son dərəcə ciddidir. Görəsən, müharibədən sağ-salamat qayıtsaydı, adi həyatda atam necə olardı? Yox, mən onun sərt görkəminə alışmışam, bəlkə də onu mülayim çöhrədə görsəydim, mənə başqa adam təsiri bağışlayardı... Eh, nə bilim, heç özüm də bilmirəm nə danışıram. Atanın sərti, mülayimi olmaz, ata atadır.

Arxa səmtdən əsən külək qızın saçlarını atasının başdaşına dolayır, bu an bəlkə də kənardan baxana elə gələrdi ki, ata olduqca qaynar bir nəvazişlə heç vaxt üzünü görmədiyi qızının saçlarını oxşayır...

Qız qəfildən - bəlkə də atasızlıq acısında bişdiyi üçün qınaq dolu nəzərlərini atasının məzarına zilləyir, özü də bilmədən dodaqlarının arasında deyir:

- Ata, mən artıq böyümüşəm. Böyüyənə qədər çəkdiyim acı və zillətlərdən xəbərin yoxdur. Anlayıram, sən əbədiyyət adlı yerdəsən, məni ruhən görürsən. Sən Vətən naminə özünü qurban vermisən. Sən qəhrəmansan. Atası qəhrəman olan qızlar da mənim çəkdiyim atasızlıq acılarına tuşdur. Bax, ata, qəribsəyəndə, canım ağrıyanda, bir çətinə düşəndə, ya sevinəndə... sənə ehtiyac duyuram. İstəyirəm, canlı şəkildə qarşımda durub mənimlə sevinib, kədərlənəsən. Axı atalı qızların kədəri də sevinc kimi olur... Heyif ki, sən yoxsan... Mən sənin ata surətinə möhtacam, ata. Sən Vətən üçün özünü fəda etdin. Bu, çox gözəl hissdir. Bəs mən? Mən də sənin vətənin olacaqdım. Niyə məni tək qoydun?

Qız, içində göynərti olan gözlərindən axıtdığı ilıq göz yaşlarını yanaqlarına yük edib azacıq duruxur, sonra küləyin soyuq hənirtisindən ani diksinir, həsrət dolu yanğı ilə atasının başdaşını öpür, əvvəlcə dodaqlarında, sonra gözlərində, daha sonra isə ürəyində atasızlıq dərdinin soyuq təlatümlərini hiss edir. Bu an bir səs eşidir: “Getməliyik, qızım”. Əvvəlcə elə bilir atasının ruhudur, onu bu hicrandan qurtarmaq üçün gəlib. Çevrilib baxır, görür ki, anasıdır, yanaqlarında acı taleyin odlu göz yaşları... Deyir, - getməliyik, qızım, bir azdan axşam düşəcək...

Qız atasından ayrılmaq istəmir ki... Neyləməli? Taleyin bu acı gərdişinə bir insan ürəyi necə tab etsin?

Eh, həyat, sən bu qədərmi amansızsan?

(Ardı var)

Hikmət Məlikzadə



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

29.10.2026 / 23:57
Gəncə-Qazax cəbhəsi... 1918-ci iin payız aylarında...

29.10.2026 / 23:48
Azərbaycan Turizm və Menecment Universiteti: 20 illik inkişaf yolu - (2006–2026)

29.10.2026 / 23:30
Mehriban Əliyeva "Qağayı” tamaşasının təqdimatında iştirak edib - FOTO

29.10.2026 / 22:14
Xalq artisti Zaur Rzayev vəfat edib

29.10.2026 / 21:48
Azərbaycan Rəngkarlığı Muzeyində “ENQRAM” sərgisi açılıb - FOTO

29.10.2026 / 21:33
Hörmüz boğazında üç tanker minaya düşdü

29.10.2026 / 21:19
Türkiyənin qaz bazarında Azərbaycan-Rusiya münasibətlərinin yeni mərhələsi başlayır...

29.10.2026 / 21:10
“Mən burdayam, ata...”

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:50
Şəhidin xatirəsinə həsr olunmuş güləş turniri keçirilib - Astarada

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ