"The Washington Post" qəzeti məlumatlı diplomatik mənbələrə istinadən xəbər verir ki, ABŞ tərəfindən İrana qarşı həyata keçirilməsi ehtimal olunan yeni intensiv zərbələr seriyası bir neçə gün davam edəcək.
Lakin diplomatlar İranın cavab tədbirlərinin daha uzunmüddətli münaqişəyə səbəb ola biləcəyini bildirirlər. Nəşrin mənbələri təsdiqləyib ki, Vaşinqton noyabrın əvvəlində keçiriləcək ABŞ-ın aralıq Konqres seçkilərindən sonra mümkün əməliyyat barədə Yaxın Şərq müttəfiqlərini artıq xəbərdar edib. Amerika rəsmiləri həmçinin müttəfiqlərini İranın enerji obyektlərinə və digər vacib infrastruktur obyektlərinə qarşı cavab zərbələri gözləməklə ehtiyat tədbirləri görməyə çağırıblar.
Bundan əvvəl iddia edilib ki, Vaşinqton ABŞ Konqresinə ara seçkilərdən sonra İrana qarşı qısa, lakin intensiv hərbi əməliyyatlara hazırlıq barədə bir sıra Fars körfəzi ölkələrini məlumatlandırıb. Mənbələrin məlumatına görə, potensial hədəflər arasında İranın enerji infrastrukturu, nüvə obyektləri, eləcə də raket sistemləri və dronlar var.
Tahir TAĞIYEV