İqlim dəyişiklikləri ilə mübarizə, eləcə də aşağıkarbonlu iqtisadiyyata keçid ölkəmiz üçün əsas prioritetlərdən biridir və bu, eyni zamanda, ölkəmiz tərəfindən götürülmüş öhdəliklərdə də öz əksini tapır.
Bu barədə rəqəmsal inkişaf nə nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib
“Nəqliyyat sektoru burada əsas yerlərdən birini tutur. Çünki ümumi dünya səviyyəsində götürsək, karbon emissiyalarında ümumi nəqliyyatın payı 15 faiz olsa da, ölkəmizdə təqribən 13 faiz civarındadır. Bu gün Bakı şəhərində 2600-ə yaxın avtobus hərəkətdədir. Növbəti illərdə əvvəlki dövrlərdən qalmış, günün tələblərinə cavab verməyən dizel nəqliyyat vasitələrinin (avtobus) tamamilə dövriyyədən çıxarılması hədəf kimi qoyulub. Gözləntimiz odur ki, bu ilin sonuna təqribən dövriyyədə 500-ə yaxın belə avtobusların qalacağı, növbəti ildə isə onların tamamilə yeniləri ilə əvəzlənəcəyidir”, - deyə nazir müavini əlavə edib.
ZÜMRÜD