Mao Tzedun haqqında zarafat səbəbindən Çin şirkətləri Dongpeng Beverage və Mengniu Fransa milli komandasının və Real Madridin hücumçusu Kilian Mbappe ilə müqavilələrini ləğv edib. Bu barədə brendlərin mətbuat xidmətləri məlumat yayıb.
Bu yaxınlarda sosial mediada futbolçunun ən sevdiyi mem haqqında suala cavab verdiyi bir video yayılıb. Mbappe "üzü Çin diktatorunun üzünə yapışdırıldıqda həqiqətən gülməli olduğunu" söyləyib. "Şirkətimiz milli hissləri təhqir edən hər hansı bir davranışa qəti şəkildə qarşıdır və bu cür hərəkətlərə qarşı sıfır tolerantlıq siyasətini davam etdirir. "The Global Times" həmçinin xəbər verir ki, 2024-cü ildə fransız futbolçu ilə müqavilə imzalayan Çin sosial media platforması RedNote futbolçunun iştirak etdiyi bütün məzmunu öz platformasından silir. Çin Mərkəzi Televiziyası (CCTV) də oxşar tədbirlər görərək oyunçu haqqında məzmunu xəbər tətbiqlərindən silib.
SAMİRƏ