Bazar ertəsi günü, 26 oktyabr 2026
     

İran müharibəni ABŞ ərazisinə köçürür

Image


Milli Kəşfiyyat Direktorunun Ofisi tərəfindən hazırlanmış məxfi memoranduma görə, İran Yaxın Şərqdə Amerika hərbi personalına və diplomatlarına qarşı hücumlara hazırlıq mərhələsindədir. Bu, Dövlət Departamentini regionun bəzi ölkələrindəki personalının qismən təxliyəsini elan etməyə vadar edib.

Artıq Milli Kəşfiyyat Direktorunun Ofisi İranın Yaxın Şərqdə və ondan kənarda Amerika vətəndaşlarına hücum hazırlığı ilə bağlı məlumatları dövlət katibi Marko Rubioya göndərib. Sənədi nəzərdən keçirən "The Wall Street Journal" qəzetinin məlumatına görə, Amerika kəşfiyyatı Tehranın kütləvi hücumlar planının hazırlanmasında əhəmiyyətli irəliləyiş əldə etdiyinə əmindir. Onun qüvvələrinin yaratdığı təhlükə 28 fevral 2026-cı ildə ABŞ-İsrail hərbi kampaniyasının başlanğıcından bəri ən yüksək təhlükə kimi qiymətləndirilir: "İran Amerika personalını hədəf almaq səylərini əhəmiyyətli dərəcədə artırıb. ABŞ vətəndaşlarına qarşı ölümcül hücumlar həyata keçirmək planı inkişaf etmiş mərhələyə çatıb". İranın hücumları Yaxın Şərqdə fəaliyyət göstərən Amerika personalı ilə məhdudlaşmaya bilər. Mənbələr “The New York Times” qəzetinə bildiriblər ki, hədəf siyahısına, çox güman ki, Amerika siyasətçiləri də daxil olacaq. Amerika kəşfiyyatı iddia edir ki, İslam Respublikasının ABŞ daxilindəki əməliyyatçıların gizli hücrələrindən sui-qəsd planları qurmaq üçün istifadə edə biləcəyinə dair məlumatlar əldə edib. Bundan əlavə, bu məlumata görə, İran tərəfi yerli vətəndaşları Amerika torpağına hücumlar həyata keçirmək üçün cəlb edə bilib. Tehran hesab edir ki, bu cür hücumlar 12 günlük müharibə və hazırkı hərbi kampaniya zamanı generallarının ölümünə görə tam qisas almaq məqsədi daşıyır. Amerika və regional medianın əvvəllər xəbər verdiyi kimi, müharibə yenidən qızışarsa, İran, ehtimal ki, Yaxın Şərqdəki hədəf siyahısını genişləndirəcək: məlumat mərkəzləri və sualtı internet kabelləri də daxil olmaqla, vacib mülki rabitə mərkəzlərini sıradan çıxara bilər. İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü Hüseyn Mohebi bu yaxınlarda ölkəsinin qonşu ölkələrə qarşı ayrıca quru hücumları həyata keçirə biləcəyini vurğulayıb: "Əgər hər hansı bir ölkə bizə hücum edərsə, biz nəinki qisas alacağıq, həm də işğal edəcəyik. Doktrinamız asimmetrik olacaq. Düşmənə elə hücum edəcəyik ki, onlar cavabımızın tam gücünü hiss etsinlər". Bundan əlavə, potensial hücumlar təhlükəsi ənənəvi olaraq ABŞ bazalarının yerləşdiyi Yaxın Şərq ölkələrində qaz boru kəmərlərini və əsas beynəlxalq hava limanlarını əhatə edir. Tehran vurğulayır ki, ABŞ qüvvələrini qəbul etmək istəyi regional ölkələri, ictimai mövqeyindən və hətta hər hansı vasitəçilik səylərindən asılı olmayaraq, münaqişənin tamhüquqlu iştirakçısı edir. İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ali rəhbərliyinin uzunmüddətli mövqeyini təkrarlayıb: "Davamlı sülh və sabitliyə nail olmaq üçün region xarici qüvvələrin mövcudluğunun sıfıra endirildiyi bir istiqamətə doğru irəliləməlidir".

Vəziyyət Dövlət Departamentini təcili olaraq diplomatik iştirakını azaltmağa və bir neçə Yaxın Şərq ölkəsindəki səfirlik və konsulluqların işçilərini qismən təxliyə etməyə məcbur etdi. Departament Səudiyyə Ərəbistanındakı missiyasını sadələşdirdi və diplomatlardan və missiya üçün vacib əməliyyatlarda iştirak etməyən bütün dövlət işçilərindən ailələri ilə birlikdə krallığı tərk etmələrini tələb edib. CNN-in məlumatına görə, Pentaqon və Dövlət Departamenti də İordaniya, BƏƏ, Qətər və Livandakı iştiraklarını məxfi və tez bir zamanda azaltmağa başlayıblar. Lakin bu dörd ölkədəki diplomatik nümayəndəliklər məhdud əməliyyatlar rejimində fəaliyyətini davam etdirir.

Rubio risk altında olanların öz təhlükəsizliklərini gücləndirə bilməsi üçün İranın planları ilə bağlı kəşfiyyat məlumatlarına çıxışı olan şəxsi heyətin dairəsinin təcili olaraq genişləndirilməsini əmr edib. Bəzi nəşrlər qeyd edir ki, Vaşinqtonun gördüyü tədbirlər fevral ayında ABŞ-İsrail hücumlarından əvvəl tətbiq edilən protokolları xatırladır. Bu arada, Tramp administrasiyası da öz növbəsində Tehrana, Yaxın Şərq münaqişəsinin diplomatik həllinə mane olan İran siyasətçilərinə və hərbi liderlərinə qarşı yeni hədəfli hücumlar dalğası da daxil olmaqla, regionda sərt tədbirlər görməyə hazır olduğunu bildirib. Bir neçə məlumata görə, ABŞ və İsrailin təşəbbüsü ilə 3 noyabrda ABŞ-da keçirilməsi planlaşdırılan ara seçkilərdən sonra yeni bir eskalasiya mərhələsi başlaya bilər. Lakin Donald Tramp bu yaxınlarda istənilən vaxt İrana yeni zərbələr endirmək qərarına gələ biləcəyini bildirdi. ABŞ prezidenti Floridada sualları cavablandırarkən dedi: "Həqiqətən düşünürsünüz ki, bunu edib-etməyəcəyimi sizə deyəcəyəm? Bunu etmək şansım var. Həmçinin İranla yaxşı, böyük bir razılaşma əldə etmək şansımız da var. Bunu edə bilərəm. Yaxud bəlkə də İran hakimiyyəti razılaşma əldə edəcək. Dəqiq bilmirəm. Hər iki halda da biz qalib gələcəyik."

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

26.10.2026 / 18:57
ABŞ diplomatlarını Yaxın Şərqdən çıxarır, İranla daha qanlı savaş gözlənilir

26.10.2026 / 18:46
İran müharibəni ABŞ ərazisinə köçürür

26.10.2026 / 18:40
Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib - FOTO

26.10.2026 / 18:23
Gürcüstanın aparıcı müxalifət partiyaları ləğv edilir...

26.10.2026 / 18:19
Ermənistan yeni parlament seçkilərinə gedir, radikal müxalifətin məhvi prosesi başlanır

26.10.2026 / 17:38
Ukrayna müharibəsində çox kişilərin bacarmadığını Trampın xanımı etdi... İnanaq?

26.10.2026 / 16:53
AK Parti səhv etdi, Azərbaycanla barışıq jestlərini digər partiyalar edir...

26.10.2026 / 14:08
AKP-yə yaxın fondlar toplanmış yardım pullarını birjalarda batırdı... 114 vəzifəli həbs olundu...

26.10.2026 / 13:58
Türkiyədə bir çoxları Məkkə sazişini "İsrailin mənafe sazişi" hesab edir...

26.10.2026 / 13:48
Prezident İlham Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin nümayəndəsi Aleksandr Zuyevi qəbul edib

26.10.2026 / 13:37
Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib - FOTO

26.10.2026 / 13:34
Müasir Azərbaycan təhsili: keyfiyyətin yeni meyarları və gələcəyin strateji hədəfləri

26.10.2026 / 13:23
Prezident İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etdi - FOTO

26.10.2026 / 12:57
Azərbaycan və Özbəkistan arasında imzalanan iki saziş təsdiqləndi

26.10.2026 / 12:55
Tikinti Layihələri üzrə Koordinasiya Komissiyası yaradıldı

26.10.2026 / 12:55
İsrailin Baş Qərargah rəisi Netanyahunun İrana hücum planına qarşı çıxdı - əsaslandırılmış sənəd gətir…

26.10.2026 / 12:40
Birinci vitse-prezident Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - FOTO

26.10.2026 / 12:35
Rusiya Zaporojyenin ən böyük ticarət mərkəzini bombaladı…

26.10.2026 / 12:18
Ukrayna Voronejə bomba yağdırdı - təyyarə şirkəti, Moskvaya gedən qatar vuruldu, ölənlər var…

26.10.2026 / 12:10
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul etdi - FOTO

26.10.2026 / 12:04
Oğlu həbs edilən Arzuxan Əlizadə partiya sədrliyindən gedir?... AMİP iddialara cavab verdi

26.10.2026 / 11:54
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

26.10.2026 / 11:50
Kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLANDI...

26.10.2026 / 11:36
Vuçiç məğlubiyyətə görə, ABŞ-ın "dərin dövləti"ni və Aİ-ni günahlandırdı, Moskvaya da mesaj göndərdi – onlar yalan danışırlar…

26.10.2026 / 11:25
Prezident İlham Əliyev Avstriya dövlət başçısını təbrik etdi

26.10.2026 / 11:22
Elm və Təhsil Nazirliyi İran nazirinin ağzından vurdu - öz ölkənizin problemləri ilə məşğul olun...

26.10.2026 / 10:50
Orbanı BMT-nin Baş katibi olan bilər...

26.10.2026 / 10:25
Mətbuat Şurası jurnalistlərin etik qaydalarına süni intellektlə bağlı əlavələr edib

26.10.2026 / 10:09
Tramp Nobel mükafatı qərarına görə Norveçi "tualet ölkəsi" adlandırdı...

26.10.2026 / 09:54
Husilər günlər sonra işini bərpa edən Ər-Riyad hava limanını yenə vurdu…

26.10.2026 / 09:37
Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edildi - VİDEO

26.10.2026 / 09:24
Lula da Silva yenidən Braziliya prezidenti seçildi

26.10.2026 / 09:12
Həkimlərin maaşına 25 faizədək əlavə... Kimlərə nə qədər ödənilir?

26.10.2026 / 06:58
Vuçiç seçkidə məğlubiyyətini rəsmən bəyan etdi

25.10.2026 / 23:45
İranın ABŞ diplomatlarına qarşı sui-qəsd planı - Vaşinqton narahatdır...

25.10.2026 / 23:14
Kreml AB danışıqlarçısını dəstəkləmək üçün şərtləri açıqladı...

25.10.2026 / 22:46
Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə görüşdü... - VİDEO

25.10.2026 / 21:43
Deputat Arzuxan Əlizadənin oğlu barəsində dörd aylıq həbs qərarı verildi

25.10.2026 / 21:27
Oktay Saral Azərbaycana görə istefa verdi, ya Ərdoğanın tapşırığını yerinə yetirdi...

25.10.2026 / 21:01
Fond qalmaqalı böyüyür - AKP-li keçmiş millət vəkili Ertan Aydın həbs edildi...

25.10.2026 / 20:19
Bakıda kafedə bir nəfərin öldüyü kütləvi dava ilə bağlı 5 nəfər həbs edildi

25.10.2026 / 19:30
Daha bir güləşçimiz dünya çempionatında qızıl medal qazandı

25.10.2026 / 18:08
İran 48 illik tarixində ilk dəfə Amerika neftini müsadirə etdi - "kəpənək adamların" xatirinə...

25.10.2026 / 17:55
Eldəniz Əzizli beşqat dünya çempionu oldu

25.10.2026 / 17:22
Ukrayna Rusiyada “İskəndər” raket komponentləri istehsal edən zavodu vurdu...

25.10.2026 / 16:48
Serbiyada seçki günü Vuçiçin ailəsinə hücum edildi - anası yaralandı...

25.10.2026 / 16:24
Türkiyə Ermənistanla sərhəddəki Ani körpüsünün bərpası üçün tenderi başa çatdırdı...

25.10.2026 / 13:38
“Əgər Starlink söndürülsə, Ukrayna cəbhəsi dərhal çökər” - Mask Ukraynanı günahlandırdı...

25.10.2026 / 13:20
İran Bəndər Abbas üzərində ABŞ dronunu vurdu...

25.10.2026 / 11:24
Serbiyada parlament seçkiləri - analitiklər nəticəni proqnozlaşdırmaqda çətinlik çəkir

25.10.2026 / 11:12
Obama Trampı ələ saldı - "Ağ Ev elə görünür ki, sanki Səddam Hüseyn orada restoran açıb"

25.10.2026 / 11:07
Prezident İlham Əliyev Tokayevi təbrik etdi

25.10.2026 / 10:42
Börnhem Britaniyanın Avropa Birliyinə yenidən qoşulma ehtimalını istisna etmədi...

25.10.2026 / 10:20
Leyla Əliyeva “Turandot” tamaşasının premyerasını izləyib - FOTO

25.10.2026 / 10:03
İran İsraili "bir saatdan az müddətdə yaşanmaz hala gətirməklə" hədələdi...

25.10.2026 / 09:22
Rusiya Qara dənizdə Ukraynaya yük daşıyan gəmini vurdu...

25.10.2026 / 09:06
Bu gün Qubadlı Şəhəri Günüdür

25.10.2026 / 08:45
Prezidentin sosial şəbəkə səhifələrində FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasiminin görüntüləri paylaşılıb

25.10.2026 / 08:39
İnfantino Prezident İlham Əliyevə təşəkkür etdi

25.10.2026 / 01:01
Canni İnfantino Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim etdi - FOTO

24.10.2026 / 20:23
Moldova Rusiya diplomatını ölkədən qovdu, Moskvadan sərt açıqlama gəldi...

24.10.2026 / 19:34
"Bakı ilə Yeni Dehli arasında diplomatik əlaqələrin yeni prioritetləri müəyyənləşdirildi" - Vüqar Rəhimzadə

24.10.2026 / 19:22
Prezident İlham Əliyev, Mehriban Əliyeva FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyiblər - FOTO/YENİLƏNDİ

24.10.2026 / 18:47
ABŞ və Fransa arasında yeni gərginlik - ABŞ əsgərlərini Parisdəki matçdan geri çəkmək istədi...

24.10.2026 / 16:45
Bakıda kafedə qanlı davanın görüntüləri yayıldı - VİDEO

24.10.2026 / 16:15
Səfir ABŞ-ın İrana hücum edəcəyini açıqladı - Tramp “xəbərim yoxdur” dedi, Tehrandan da xəbərdarlıq gəldi...

24.10.2026 / 14:01
Ukrayna-ABŞ-Rusiya danışıqları Əbu-Dabi və ya İsveçrədə keçirilə bilər...

24.10.2026 / 13:45
Tramp Ukrayna və Rusiyaya 200 faiz tarif tətbiq etməyi düşünür...

24.10.2026 / 13:28
Tramp İrana qarşı yeni hərbi əməliyyata “yaşıl işıq yandırdı”...

24.10.2026 / 12:20
SEPAH PKK-nın İrandakı ən böyük təlim mərkəzlərindən birini vurdu...

24.10.2026 / 11:57
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

24.10.2026 / 11:40
Bakıda kafedə ölümlə nəticələnən kütləvi dava - saxlananlar var...

24.10.2026 / 10:30
Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı

24.10.2026 / 10:18
Azərbaycan XİN BMT Günü ilə bağlı paylaşım edib

24.10.2026 / 09:44
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı

24.10.2026 / 08:49
Rusiya dizelinin ilk partiyası ABŞ-a doğru yola çıxdı…

24.10.2026 / 08:38
Serbiyada etirazlar pik həddə - gənclər Vuçiçi devirməyə qərarlıdır

24.10.2026 / 06:48
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq

23.10.2026 / 21:36
Tramp düz deyir?- Putin və Si İranı “neçəyə satdılar"?...

23.10.2026 / 21:12
İran ABŞ tərəfindən ali rəhbərə sui-qəsdlə hədələndi, təslim olmağa çağırıldı

23.10.2026 / 20:54
Paşinyan sülhün imzalanma vaxtını tez-tez dəyişir - səbəb...

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ