ABŞ prezidenti Donald Tramp oktyabrın 24-də Nobel Sülh Mükafatı ona verildikdən sonra Norveçi sərt tənqid edərək onu "tualet ölkəsi" adlandırıb.
Tramp Miçiqanda keçirilən seçki kampaniyası zamanı deyib: "Düzünü desəm, Norveç bərbaddır. Norveç həqiqətən də zibilxanaya çevrilib".
ABŞ prezidentinin narazılığı Nobel Komitəsinin mükafatı Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə keçmiş Ali komissarı Navi Pillaya vermək qərarından irəli gəlir. Tramp əvvəllər mükafata namizəd göstərilsə də, laureatlar arasına düşməyib.
Oktyabrın 10-da Tramp Norveçin ona Nobel Sülh Mükafatını verməkdən imtina etməsini unutmayacağını bildirib. Trampın sözlərinə görə, ABŞ həll etdiyi hər münaqişəyə görə səkkiz mükafat almalı idi. O, komitənin qərarını Norveç üçün silinməz ləkə adlandırıb.
Tahir TAĞIYEV