Böyük Britaniyanın Baş naziri Endi Börnhem Birləşmiş Krallıq və Avropa İttifaqı arasında sərbəst hərəkətin bərpası ehtimalı ilə bağlı açıq müzakirələrə hazır olduğunu bildirib.
“Sunday Times” qəzetinə verdiyi müsahibədə o, Brüssellə münasibətlərin yenidən nəzərdən keçirilməsinin hətta AB-yə qayıtmağı və ya vətəndaşların sərbəst hərəkət etməsinə imkan verən vahid bazara qoşulmağı da əhatə edə biləcəyini irəli sürüb.
"Düşünürəm ki, faktlara və dəlillərə əsaslanan çox əsaslı bir müzakirəyə ehtiyacımız var", - deyə Börnhem bildirib.
Eyni zamanda, Britaniya Baş naziri etiraf edib ki, Britaniyanın Aİ üzvlüyü dövründə hərəkət azadlığı ciddi problemlər yaradır. O qeyd edib ki, o dövrdə miqrasiya çox vaxt müvəqqəti idi: bir çox Avropa vətəndaşı Böyük Britaniyaya gəlir və sonra vətəninə qayıdırdı. O qeyd edib ki, bu model digər Avropa ölkələrində işləyən britaniyalılar üçün də əlverişli idi.
"O vaxtdan bəri miqrasiya balansı dəyişib, elə deyilmi? Düşünürəm ki, sadəcə bu məsələlər barədə dürüst müzakirə aparmalıyıq", - deyə Börnhem bildirib.
BBC News xəbər verir ki, Britaniya Baş nazirinin açıqlamaları müxalifət tərəfindən tənqid olunub.
Kölgə daxili işlər Naziri Kris Filp bildirib ki, Britaniya xalqı 2016-cı il referendumunda hərəkət azadlığına son qoymaq üçün səs verib və onun geri qaytarılması qəbuledilməzdir. Reform UK lideri Naycel Faraj Börnhemin açıqlamalarını Brexit tərəfdarlarına xəyanət adlandırıb.
Bu bəyanatlar Börnemin 20 noyabrda Brüsseldə Aİ liderləri ilə görüşündən əvvəl verilib. Zirvə toplantısında baş nazirin Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərini yenidən qurmaq üçün variantları təqdim etməsi gözlənilir.
Tahir TAĞIYEV