Hafiz İsmayılbəyli yenidən Hesablama Palatasının auditoru təyin edilib. Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Məlumat üçün bildirək ki, "Hesablama Palatası haqqında" Qanuna əsasən, Hesablama Palatasının üzvləri Hesablama Palatasının sədri, sədr müavini və 5 auditordan ibarətdir. Hesablama Palatası üzvlərinin səlahiyyət müddəti 7 ildir. Hesablama Palatasının üzvləri Milli Məclisin sədrinin təqdimatı əsasında Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təyin edilir.
Xatırladaq ki, Hafiz İsmayılbəyli 2019-cu il oktyabrın 22-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Hesablama Palatasının auditoru təyin edilib.
2026-cı il oktyabrın 22-də onun səlahiyyət müddəti başa çatıb.
Milli Məclisin bugünkü plenar iclasında qəbul edilən qərarla o ikinci müddətə Hesablama Palatasının auditoru təyin edilib.