Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti oktyabrın 19-da Azərbaycan vətəndaşının Ermənistan Respublikasının sərhədini keçdiyini təsdiqləyir.
Bildirilir ki, oktyabrın 19-da təxminən saat 17:50 radələrində, Azərbaycan Respublikası vətəndaşı, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Qasımov Yaşar Əli oğlu Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) aşkar edilib: "Aparılan yoxlama tədbirləri nəticəsində məlum olub ki, o azaraq Ermənistan ərazisinə keçib".
MTX-nin açıqlamasında Azərbaycan vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlər görüldüyü bildirilir.
Tahir TAĞIYEV