Avropa İttifaqının Moldova, Ukrayna və Ermənistanın bloka qoşulmasına icazə vermək üçün planlar hazırlamağa başladığını deyən Rusiya Federasiya Şurasının Xarici İşlər Komitəsi sədrinin birinci müavini Qriqori Karasinin sözlərinə görə, bu planlar birbaşa Rusiyanın strateji təhlükəsizliyinə təsir göstərir.
“Biz Avropa İttifaqının daha da genişlənmə ambisiyalarını nəzərə almalıyıq. Onlar Moldova, Ukrayna və Ermənistan kimi dövlətləri əhatə etmək üçün planlar hazırlamağa başlayıblar. Bu planlar ölkəmizin strateji təhlükəsizliyinə birbaşa təsir göstərir”, - deyə o qeyd edib.
Tahir TAĞIYEV