Sankt-Peterburqdakı Konstantin Sarayında Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başlayıb.
Görüşdə Rusiya Prezidentinin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Kirill Dmitriyev də iştirak edir. Donald Trampın digər nümayəndəsi Cared Kuşner xəstəlik səbəbindən Sankt-Peterburqa gedə bilməyib.
Uitkoff Osloda Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar apardıqdan sonra Sankt-Peterburqa uçub. Oslodakı görüşdə Avropa ölkələrindən də nümayəndələr iştirak edib. Xəstəlik səbəbindən Kuşner danışıqlarda onlayn iştirak edib.
Tahir TAĞIYEV