çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

Image


Dövlətin fəal rolu və institusional çətinliklərin aradan qaldırılması ilə əlaqədar hansı vəzifələr var?

Azərbaycanda Korporativ Sosial Məsuliyyət (KSM) mədəniyyətinin inkişafı, cəmiyyətin rifahı və dayanıqlı inkişaf hədəflərinə (DİM) çatmaq üçün kritik əhəmiyyətə malikdir. Lakin mövcud vəziyyətin təhlili göstərir ki, ölkəmizdə KSM təcrübəsi bir çox hallarda xaotik, pərakəndə və institusional dayanıqlığı olmayan təşəbbüslər toplusu olaraq qalır. "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzinin apardığı tədqiqat, KSM sahəsində vətəndaş cəmiyyəti (QHT) və biznes sektoru arasındakı əməkdaşlığın hazırkı mənzərəsini, qarşıda duran maneələri və bu ekosistemin formalaşmasında dövlətin həlledici rolunu bütün detalları ilə üzə çıxarmışdır.

Hazırda KSM Sahəsində QHT-biznes əməkdaşlığının xüsusiyyətləri

Müasir dövrdə Azərbaycan korporativ sektorunda — xüsusən telekommunikasiya, energetika, hasilat və bank sektorlarında fəaliyyət göstərən iri şirkətlər KSM sahəsində aktivləşmiş, hətta bəziləri davamlılıq (ESG) hesabatları dərc etməyə başlamışlar. Lakin QHT-lərlə birbaşa əməkdaşlığa gəldikdə mənzərə kəskin şəkildə dəyişir. Tədqiqata cəlb edilmiş 85 aparıcı şirkətin açıq mənbələr üzərindən aparılan təhlili göstərir ki, KSM fəaliyyətlərində QHT tərəfdaşlığı açıq şəkildə görünən şirkətlərin sayı cəmi 20 ətrafındadır. Bütün ölkə üzrə bu layihələrdə aktiv iştirak edən, adı şirkətlərin hesabatlarında tərəfdaş kimi keçən QHT-lərin sayı isə 30-40-ı keçmir.

Bu rəqəmlər sübut edir ki, əməkdaşlıq kifayət qədər institusionallaşmayıb. Hazırkı əməkdaşlıqlar çox vaxt strateji deyil, epizodik xarakter daşıyır — müəyyən bir bayram (Ramazan, Yeni il) və ya hər hansı bir qlobal məlumatlandırma günü çərçivəsində birdəfəlik ianə və ya aksiya ilə məhdudlaşır. Digər səciyyəvi xüsusiyyət odur ki, qərarların qəbulu qeyri-şəffafdır. Korporativ idarəetmədə KSM funksiyası əksər şirkətlərdə hələ də ayrıca ixtisaslaşmış struktur vahidə həvalə edilməyib. Büdcə bölgüsü və tərəfdaş seçimi institusional alqoritmlərlə (açıq müsabiqələr vasitəsilə) deyil, birbaşa yuxarı rəhbərlik tərəfindən subyektiv şəkildə həyata keçirilir. Nəticədə, şirkətlər yalnız çox yaxşı tanıdıqları, böyük bir neçə QHT ilə işləməyə üstünlük verir ki, bu da yeni təşkilatların, xüsusən də regionlarda fəaliyyət göstərən QHT-lərin bu prosesə cəlb olunmasına imkan vermir.

Niyə əməkdaşlıq genişlənmir?

Şirkətlərin 74%-i peşəkar təklif olacağı təqdirdə QHT-lərlə əməkdaşlığa tam hazır olduqlarını bəyan etsələr də, ortada ciddi əngəllər var. Birinci və ən böyük maneə birbaşa dialoq və ünsiyyət mexanizminin yoxluğudur. Sorğularda şirkətlərin 40%-i, QHT-lərin isə 64.3%-i biznesin KSM prioritetləri ilə QHT-lərin layihə təkliflərini əlaqələndirəcək platformaların olmamasından şikayətlənir. İkinci maneə yuxarıda qeyd olunan "qrant istəyi" təfəkkürü və biznesin gözlədiyi "nəticə yönümlü" (impact-driven) layihələrin olmamasıdır.

Lakin bu maneələri dəf etmək üçün yalnız şirkətlərin və QHT-lərin daxili islahatları kifayət deyil. Prosesi əngəlləyən ən güclü amil birbaşa qanunvericilik və fiskal stimulların məhdudluğudur.

Dövlətin rolu və qanunvericiliyin verdiyi məhdud imkanlar

KSM-in geniş miqyasda səmərəli tətbiqi üçün dövlət həlledici tənzimləyici, stimullaşdırıcı və əlaqələndirici rola malikdir. Hər bir inkişaf etmiş dövlətdə (Aİ ölkələri, Almaniya, Türkiyə) biznesin sosial xərcləri birbaşa vergi güzəştləri ilə stimullaşdırılır. Azərbaycanda AR Vergi Məcəlləsinin 106.1.18-ci maddəsi hesabat ilinin mənfəətinin 15 faizinədək hissəsinin təhsil, səhiyyə, idman, mədəniyyət müəssisələrinə köçürülməsi halında mənfəət vergisindən azad olunmasını nəzərdə tutur. Lakin problem qanunun özündə deyil, onun tətbiq mexanizmindədir. Nazirlər Kabinetinin 2020-ci il 12 mart tarixli 88 nömrəli Qərarı ilə "Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları" təsdiqlənib. Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bu meyarlar sənədi QHT-lərin bu prosesdə iştirakını faktiki olaraq məhdudlaşdırır.

Hüqüqi təhlil göstərir ki, QHT-lər Verği Məcəlləsinin 106.1.18-ci maddəsi ilə müyəyyənləşən güzəştdən yalnız Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə Meyalarların 6-cı bəndində nəzərdə tütülmüş fəaliyyətləri həyata keçirən zaman yararlana bilərlər. Bü maddənin tələbinə görə, qeyri-kommersiya hüquqi şəxs kimi QHT-lər Azərbaycan mədəniyyətinin, milli mədəni irsin təbliği, təşviqi və inkişafı məqsədilə incəsənət və bədii tədbirlərin, yaradıcılıq müsabiqələrinin, sərğilərin, yaradıcılıq gecələrinin, mədəniyyət və incəsənət təqdimatlarının, festivalların, konfrans və simpoziümların təşkilini, nəşr məhsüllarının hazırlanmasını və yayımını həyata keçirdikdə, habelə film istehsal etdikdə bü alternativ maliyyələşmə imkanlarından yararlana bilərlər.

Təhsil, səhiyyə və idmanla bağlı meyarlar yalnız dövlət orqanlarına, dövlət tibb müəssisələrinə və federasiyalara aid edilib. Bu isə o deməkdir ki, kimsəsiz uşaqların təhsili, əlilliyi olan şəxslərin sağlamlığı və ya gənclərin inkişafı üçün layihə icra edən müstəqil QHT-yə pul köçürən şirkət heç bir vergi güzəşti əldə etmir. Bu biznesi QHT-lərdən uzaqlaşdıran və KSM-i ləngidən ən böyük inzibati əngəldir. Həmçinin, kiçik ianələrin belə mürəkkəb qeydiyyat tələbi və onlayn terminallarla yığımın çətinliyi vətəndaş cəmiyyətinin maliyyə müstəqilliyinə zərbə vurur.

Gözləntilər, KSM ekosisteminin inkişafı üçün təkliflər

Bu ziddiyyətləri və institusional boşluqları aradan qaldırmaq, KSM alətini dar çərçivədən çıxarmaq üçün həm dövlətdən, həm də korporativ sektordan aşağıdakı addımların atılması gözlənilir:

1. Hüquqi imkanların genişləndirilməsi- Dövlətdən əsas gözlənti Vergi Məcəlləsinin tətbiq qaydalarına (NK-nın 2020-ci il 12 mart tarixli 88 saylı Qərarına) yenidən baxılmasıdır. Təhsil, səhiyyə və idman sahələrində ictimai faydalı fəaliyyət göstərən QHT-lər müvafiq nazirliklərin (Elm və Təhsil, Səhiyyə və s.) akkreditasiya reyestrindən keçməklə bu vergi güzəştləri subyektinə çevrilməlidir. Almaniya təcrübəsində olduğu kimi "İctimai faydalı təşkilat" statusu qanunvericiliyə daxil edilməli və bu statusu alan QHT-lərə edilən (müəyəyn limitlər nəzərə alınmaqla) inələr ƏDV-dən tam azad olunmalıdır.

2. Açıq və şəffaf KSM büdcələri - Korporativ sektordan əsas gözlənti, KSM büdcələrini qeyri-şəffaf daxili qərarlarla deyil, açıq müsabiqələr (və aydın meyarlar əsasında sosial layihələrə ayırmasıdır. Bu addım həm tərəfdaşlığın legitimliyini artırar, həm də inhisarçılığı qıraraq region QHT-lərinin prosesə cəlb olunmasına şərait yaradar.

3. Standartlaşdırılmış hesabatlılıq - Şirkətlərin KSM hesabatlarında və saytlarında standart olaraq 3 məsələ barədə məlumatı dərc etməsi dövlət tərəfindən təşviq (və ya tələb) edilməlidir: Tərəfdaş QHT-nin adı, tərəflərin dəqiq rolu və əldə edilmiş ölçülə bilən nəticə (indikatorlar).

4. Milli KSM Dialoq Platforması - Dövlət, QHT sektoru və biznesin iştirakı ilə Üçtərəfli İşçi Qrup, yaxud Əlaqələndirmə Platforması yaradılmalı, ildə ən azı bir dəfə şirkətlərin KSM/ESG rəhbərləri ilə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarını bir araya gətirən tematik şəbəkələşmə forumları təşkil edilməlidir.

Yekunda qeyed eək ki, milli KSM təcrübəsinin inkişafı yalnız dövlətin tənzimləyici və stimullaşdırıcı dəstəyi, biznesin açıq hesabatlılığa keçidi və QHT-lərin peşəkar tərəfdaşlıq səriştələrini artırması ilə mümkündür. Transformasiya prosesi çətin olsa da, ölkənin dayanıqlı gələcəyi məhz bu üçtərəfli sinerjinin düzgün qurulmasından asılıdır.

Məqalə "QHT-Biznes əməkdaşlığı potensialı və tövsiyələr" Tədqiqat Hesabatı əsasında hazırlanıb. Sözügedən Hesabat və bu məqalə "Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB-in QHT Agentliyinin dəstəyi ilə icra etdiyi "QHT–Biznes tərəfdaşlığının gücləndirilməsi: sosial məsuliyyət üçün birgə təşəbbüslər" layihəsi çərçivəsində hazırlanıb.

"QHT-Biznes əməkdaşlığı potensialı və tövsiyələr" Tədqiqat Hesabatını ilə aşağıdakı LİNK vasitəsilə yükləyə bilərsiniz.

https://qht.az/media-sources/qht-1792097032454.pdf

Zaur İbrahimli

Azərbaycan Milli QHT Forumu İH üzvü

"Prioritet" Sosial İqtisadi Araşdırmalar Mərkəzi İB sədri




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ