Bazar ertəsi günü, 19 oktyabr 2026
     

Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

Image


Bir çox sahələrdə olduğu kimi, Ermənistan Rusiyadan enerji sferasında da əhəmiyyətli dərəcədə asılıdır. Ölkənin təbii qazla təminatından əsas tədarükçü məhz Rusiyadır. Elektrik enerjisi ilə təminat sahəsində də Rusiya həlledici mövqedədir. Ən azından o baxımdan ki, istismarı Rusiya tərəfindən həyata keçirilən “Metsamor” atom elektrik stansiyası Ermənistanın illik enerji istehlakının 40 faizə qədərini təmin edir.

Lakin Moskva ilə münasibətlərini yenidən nəzərdən keçirən Ermənistan hakimiyyəti enerji sahəsində də Rusiyadan asılılıq dərəcəsini əhəmiyyətli dərəcədə azaltmağa can atır. Bura istər təbii qaz, istərsə də elektrik enerjisi daxildir. Paralel şəkildə ölkə daxilində də elektrik enerjisinin istehsal həcminin artırılması nəzərdə tutulur. Xüsusən də yeni nüvə elektrik stansiyaları hesabına. Özü də bu dəfə Ermənistan nüvə enerjisi sahəsində Rusiyanı tərəfdaş kimi seçmək niyyətindən uzaqdır və Moskvanın təkidli əməkdaşlıq təkliflərinə baxmayaraq, Kremlə müsbət cavab vermir. Bu şəraitdə Rusiyanın Ermənistana qarşı atom şantajlarına başladığı və “Metsamor” atom elektrik stansiyasına texniki xidmətdən imtina edə biləcəyinə dair məlumatlar yayılır, eyni zamanda Kremldən yeni hədələr səslənir.

Ermənistan hökuməti yeni nüvə enerji blokunun tikintisini fəal şəkildə müzakirə edir. Hazırda ölkədə nüvə enerjisinin alındığı yeganə mənbə “Metsamor” atom elektrik stansiyasıdır. Amma bu stansiya köhnəlib və müasir tələblərə cavab vermir. O səbəbdən onun istismarı davamlı modernləşmə işləri tələb edir ki, bu da Ermənistana baha başa gəlir. Eyni zamanda stansiyanın istismarının Rusiya tərəfindən həyata keçirilməsi Ermənistana Moskvadan olan asılılıq dərəcəsini azaltmağa imkan vermir. Bu səbəbdən yeni nüvə enerji blokunun tikintisi ilə bağlı Ermənistan Rusiya ilə yanaşı, başqa ölkələrin şirkətləri ilə də aktiv danışıqlar aparır. Hətta bu ilin fevralında ABŞ-ın vitse-prezidenti Ceyms Vens və Ermənistanın Baş naziri Nikol Paşinyan nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində əməkdaşlıq sazişi üzrə danışıqların başa çatması haqqında birgə bəyanat imzalayıblar. Rusiya isə nüvə enerjisi sahəsindəki mövqeyini ABŞ-a uduzmaq istəmir. Bu ölkənin "Rosatom” Dövlət Korporasiyası erməni tərəfinə böyük, orta və kiçik tutumlu nüvə elektrik stansiyalarının tikintisini təklif edir. Bu təklifləri Ermənistana bir neçə gün əvvəl səfər edən “Rosatom”un baş direktoru Aleksey Lixaçov bir daha NikolPaşinyana çatdırıb. Amma Ermənistan hələ ruslara müsbət cavab vermir. Elə bu fonda Rusiyanın istədiyi cavabı almaq üçün Ermənistana qarşı atom şantajından da istifadə etdiyi bildirilir. Ermənistanlı siyasi analitik Argişti Kiviryan qeyd edir: “Hazırda Ermənistanda Rusiya tərəfindən saxlanılan Sovet tipli atom elektrik stansiyası fəaliyyət göstərir. Rusiya tərəfi də tullantıları təmizləyir və zaman-zaman modernləşdirmə də həyata keçirilir. Əgər Ermənistan tərəfi fərqli bir model seçərsə, Rusiya tərəfi bu atom elektrik stansiyasının texniki xidmətindən imtina edə bilər. Rusiyanın belə bir addım ata biləcəyi, yəqin ki, Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb. Qərb tərəfi isə Ermənistandakı atom elektrik stansiyasına texniki xidmət göstərə bilməz, çünki onlar onu tikməyiblər və bütün bunlarla tanış deyillər”. “Metsamor”dakı reaktorun işləməsi üçün tələb olunan yanacaq Rusiyadan tədarük edilir. Reaktorun texniki vəziyyətinin yoxlanması, soyutma, turbin və buxar sistemlərinin vəziyyəti və təmiri kimi məsələlərə də Rusiya mütəxəssisləri cavabdehdir. ƏgərRusiya “Metsamor”a texniki xidməti dayandırsa, bu atom elektrik stansiyasının fəaliyyətini davam etdirməsi mümkünsüz olacaq. Çünki Ermənistanda stansiyanı işlədəcək mütəxəssislər yoxdur, xaricdən olanlar isə Rusiya nüvə texnologiyası ilə tanış deyillər. Bu şəraitdə Rusiyanın iştirakı olmadan “Metsamor”un fəaliyyəti sadəcə regonda nüvə fəlakəti demək olardı. Rusiyada da bunu yaxşı bilirlər və elə o səbəbdən də Ermənistan ya “Rosatom”la əməkdaşlığı davam etdirmək, ya da ölkəni və regionu fəlakətə sürükləyəcək nüvə problemi ilə qarşılaşmaq kimi çətin seçim qarşısındadır. Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun analitiki İqor Yuşkov bildirir: “Ermənistan Metsamordakı eyni ərazidə və ya yeni bir yerdə yeni bir nüvə elektrik stansiyası tikmək istəyirsə, “Rosatom” ilə əməkdaşlığı davam etdirmək ən yaxşı seçimdir. Əlbəttə ki, siyasi səbəblərə görə Rusiya ilə əməkdaşlıqdan imtina etmək və Amerika şirkətləri ilə müqavilələr imzalamaq mümkündür. Lakin amerikalıların Cənubi Qafqazda nüvə elektrik stansiyalarını idarə etmək təcrübəsi olmaması səbəbindən Amerika layihələri daha bahalı və həyata keçirilməsi daha çətin olacaq. Həm də Rusiya ilə əməkdaşlıqdan imtina edilərsə, Ermənistan bunun nəticələrinə də hazır olmalıdır”.

Qeyd edilənlərə rəğmən, Ermənistan yeni nüvə enerji stnasiyalarının inşasında Rusiya ilə əməkdaşlığa tələsmir. Ölkənin ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın sözlərinə görə, Ermənistanın tikməyi planlaşdırdığı yeni atom elektrik stansiyasının konkret modeli gələn ilin birinci yarısında seçiləcək. Nazir qeyd edib ki, Ermənistan hakimiyyəti hazırda Rusiya, ABŞ, Çin, Cənubi Koreya və Avropa ölkələrindən gələn təklifləri nəzərdən keçirir. Beləliklə, Ermənistanın Rusiyanı nüvə elektrik stansiyasının tikintisində əsas tərəfdaşı statusundan məhrum etmə ehtimalı da yüksək olaraq qalır. Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov isə bildirir: “Ermənistan hakimiyyətinin nüvə enerjisi sektorunda əməkdaşlığın şaxələndirilməsinin zəruriliyi ilə bağlı açıqlamaları kontekstində vurğulamaq istərdim ki, ABŞ xaricdə bir dənə də olsun kiçik modul reaktor tikməyib və tikmir. Potensial tərəfdaş kimi tez-tez xatırlanan Fransa bir dənə də olsun reaktor tikməyib. “Rosatom” hazırda xaricdə 30 enerji bloku, o cümlədən kiçik modul reaktorlar inşa edir. Seçim, necə deyərlər, göz qabağındadır”. Amma Rusiyanın bütün mesajlarına baxmayaraq, Ermənistan nüvə enerjisi sahəsində də Moskvanın istədiyi cavabı vermir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 19:36
TƏBİB-dən vahid səhiyyə idarəetmə modelinə keçid islahatların yeni mühüm mərhələsidir

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ