Almaniyada anti-Azərbaycan şəbəkəsinin növbəti aksiyası fiaskoya uğrayıb. Guya “Azərbaycandakı məsələlərə”, xüsusilə vahid məktəbli geyim formasına etiraz məqsədli bu azsaylı aksiya xarici xüsusi xidmət orqanlarının, xüsusilə İran şəbəkəsinin növbəti açıq təxribatını nümayış etdirib.
Aksiyadan yayılan videolarda aksiyanın təşkilatçıları və iştirakçılarının mütləq əksəriyyətinin Azərbaycan deyil, xarici ölkə vətəndaşları və xarici xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edən şəxslərdən ibarət olduğu aşkar görünür. Kadrlarda görünən İran İslam Respublikasının dövlət bayraqları, eləcə də İranın dini rəhbərlərinin portretləri bu tədbirin ideoloji mərkəzi və sifarişçisi barədə aydın təsəvvür yaradır.
Fonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilsə də, qaldırılan İran bayraqları və iştirakçıların tərkibi bu aksiyanın Azərbaycanla heç bir əlaqəsinin olmadığını göstərir. İran bayraqlarının kölgəsində Azərbaycan himninin səsləndirilməsi həm də aksiya təşkilatçılarının aşkar siyasi manipulyasiyası və dövlət rəmzlərimizə aşkar hörmətsizliyidir.
Aksiyada iştirak edənlərin sayca çox az olması və onların mütləq çoğunluğunun xarici ölkə təmsilçilərindən ibarət olması bu təxribat cəhdinin iflasa uğradığını və Avropadakı anti-Azərbaycan şəbəkəsinin əsl üzünü bir daha ortaya qoyur. Xarici təsir agentlərinin Almaniyada təşkil etdiyi "şoudan görüntüləri təqdim edirik.(Trend)