Polşa Rusiyanın Ukraynanın qərbindəki hədəflərə dron hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb və hava hücumundan müdafiə sistemlərini hazırlıq vəziyyətinə gətirib. Rzeszov və Lyublin hava limanlarında bütün uçuşlar dayadırılıb.
Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı hərbi təyyarələrin Polşa hava məkanında uçduğunu bildirib. Yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat sistemləri üçün də həyəcan siqnalı verilib.
Komandanlıq tədbirlərin profilaktik xarakter daşıdığını və Polşa hava məkanının, əsasən hücumlarla təhdid edilən bölgələrə bitişik ərazilərdə təhlükəsizliyini təmin etməyə yönəldiyini vurğulayıb.
Qeyd edilir ki, Polşa ordusu vəziyyəti izləməyə davam edir və istənilən müdaxiləyə cavab verməyə hazırdır.
Tahir TAĞIYEV