ABŞ Energetika Nazirliyi Rusiyaya dizel yanacağı idxal etməkdə maraqlı olan şirkətlərin siyahısını təqdim edib. "Kommersant" xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak Moskva-Vaşinqton danışıqlarını şərh edərkən bildirib.
Novakın sözlərinə görə, tərəflər artıq yanacaq təchizatı üçün kommersiya şərtləri və müqavilələr üzərində işləyirlər: "Biz amerikalı həmkarlarımızla çox sıx əməkdaşlıq edirik".
O, Rusiyanın dünyanın ən böyük dizel yanacağı təchizatçılarından biri olduğunu vurğulayıb. Əvvəllər Rusiya məhsulları qlobal bazarın təxminən 10%-ni təşkil edirdi.
Novak həmçinin bildirib ki, 2026-cı ilin sonuna qədər Rusiya dizel yanacağı ixracını ayda 3-3,5 milyon tona qədər artıra bilər ki, bu da ona qlobal bazarın 10%-dən çoxunu ələ keçirməyə imkan verəcək.
Tahir TAĞIYEV