Cümə axşamı günü, 15 oktyabr 2026
     

Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

Image


Tural İrfan: “Azərbaycanda din xadimləri və dindarların böyük əksəriyyəti İranın təsirindədir, İran-Qum müctəhidlərinə təqlid edirlər”

Orta ümumtəhsil məktəblərində vahid formaya keçid cəmiyyətin mütləq əksəriyyəti tərəfindən prinsipial şəkildə dəstəkləndi. Sadə vətəndaşlar da, ziyalılar da, elm və mədəniyyət xadimləri də, ictimai şəxslər də dövlətin bu qərarına dəstək nümayiş etdirdilər. Orta məktəb şagirdlərinin, xüsusən də həddi-buluğa çatmayan qızların hicaba bürünməsi cəmiyyətin böyük kəsimi tərəfindən müsbət qarışılanmır. Odur ki, qız şagirdlərin hicabdan istifadəsinə qarşı dövlətin sərgilədiyi münasibət böyük dəstək qazandı.

Son günlər İran və digər xarici ölkələrin radikal islamçı qüvvələri tərəfindən qızışdırılıb ortalığa atılan bir ovuc insanın, dindarın hökümətin qərarına qarşı aqressiv və radikal yanaşması, hətta müəyyən cinayətlər törətməsi hallarını müşahidə etdik. Diqqət çəkən bir məsələ var ki, o bizi narahat etməyə bilmir. Məsələn, ölkədə bu qədər dindar, ilahiyyatçı, din xadimi olduğu halda iki-üç nəfəri çıxmaq şərtilə demək olar ki, heç birinin səsi çıxmadı, onlar hicab etirazçılarının haqsız olduğunu dilə gətirib dövlətin qərarını müdafiə etməkdən yayındılar. Süni hicab “mübarizəsi” aparan radikal düşüncəli şəxslərin qarşısına çıxıb onların səhv yolda olduqlarını demədilər. Əksər ekspertlər deyirlər ki, o dindarların susmasının səbəbi əsasən bağlı olduqları dini tərqiqətlər və sektalardır. Onların bir qisminin İranda, bir qisminin Türkiyədə, bir qisminin isə ərəb ölkələrində təhsil aldığını vurğulayan bəzi ekspertlərin fikrincə, onlar neytral qalmaqla özlərini qorumaq istəyiblər.

Amma bütün hallarda belə həssas məqamda onların səsi gəlməli idi.

Bu günlərdə bir çox ilahiyyatçılar niyə susdular?

Tanınmış ilahiyyatçı Tural İrfan baki-xeber.com-a təəssüflə bildirdi ki, onların bir çoxlarının reaksiyasız qalması səbəbsiz deyil. “Çox təəssüflər olsun ki, ölkəmizdə bu gün aktivlik göstərən, üzdə olan və əhalini öz təsir altına salan ilahiyyatçı və “din xadimlərinin” böyük əksəriyyəti xarici ölkələrdə həmin ölkələrin din modelinə uyğun olaraq təhsil və təlim almış şəxslərdir. Bu şəxslərə vaxtilə boşluqlar zəminində burada ciddi şərait yaradılıb. Hazırda bunlar özlərinə sosial baza qurub, geniş təsir etmə rıçaqları və imkanları əldə ediblər. Rəsmi din xadimlərinin nə üçün bu məsələlərə münasibət bildirməməsi isə birbaşa ölkədəki dini icmaların və dini idarənin məsuliyyətində olan bir məsələdir. Yəni, məlumdur ki, Azərbaycanda qazıların, axundların bir çoxu 14-15 il İranda olan, İranın ideoloji, teokratik, siyasi din modelini mənimsəmiş, həmin teokratik sistemin tərkibində təhsil alaraq bunu gəlib Azərbaycanda din pərdəsi altında əhaliyə aşılamış şəxslərdir. Yəni bunlar üzdə özlərini dövlətə loyal göstərsələr də, alt qatda hamısı islamçı, məzhəbçi, teokratik quruluş ümidində olan insanlardır.

Bir neçə ay bundan əvvəl Səfəvilər mövzusunun kor-koranə şəkildə ortaya atılması təsadüfi deyildi. Bu mövzuda əcaib formada mübahisələrin aparılması, təfriqələrin salınması da buna xidmət edirdi. Məhz ona görə ki, həmin o klassik feodal dövlətlər vaxtilə eyni məzhəbçiliyə xidmət ediblər. Eyni qaydada da onu dırçəldib Azərbaycana gətirmək istəyirlər. Ancaq təəssüf ki, bizdə bunu anlayan olmadı ki, heç də bu şəxslər Azərbaycançılığı, Şah İsmayılın şairliyini, ədəbiyyatını, bu məsələləri təbliğ etmək istəmirlər. Bunlar burada həmin dövrün məzhəbçi, dini-ideoloji təşkilatlanmasını aparırlar.

Hazırda bu məsələ Azərbaycan üçün çox böyük bir problemdir.

Azərbaycanda din xadimləri və dindarların böyük əksəriyyəti İranın təsirindədir, İran-Qum müctəhidlərinə təqlid edirlər. Bunlara rəhbərlik edən axundlar və qazıların böyük əksəriyyəti fars müctəhidlərinə, İraqdakı Sistaniyə və İrandakı digər müctəhidlərə təqlid edirlər. Fətva Şurasının rolu demək olar ki, yoxdur. Yəni elmi-dini şuranın demək olar ki, bir adını bilirik. Yəni onun bir fəaliyyəti, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin, digər müsəlman dini icmaların bir bəyanatı, açıqlaması, fəaliyyəti demək olar ki, yoxdur və yaxud da ki, əksinədir. Yəni onların fəaliyyətsizliyi, hərəkətsizliyi, susqunluğu təbii ki, dövlətin əleyhinə xidmət edir”.

T.İrfanın fikrincə, bu da ümumilikdə din sahəsində çox ciddi boşluqların olduğunu göstərir. İlahiyyatçı hesab edir ki, bu sahədə ciddi islahatların aparılmasına böyük ehtiyac var. “Azərbaycanın özünün din modeli formalaşmalıdır ki, İranın din modeli gəlib Azərbaycanda otruşmasın. Eyni zamanda ərəb ölkələrinin feodalizm dövrünə uyğun olan din modeli gəlib burada formalaşmasın. Bu boşluqlar buraxılıb. Nəticədə də bu cür bir dini kəsim yetişib. İş o yerə çatıb ki, milli təfəkkürdə olan ilahiyyatçıları, dinşünasları bir küncə qısnayıblar. Hətta təhdid edirlər ki, sən də dövlətə qarşı çıxmalısan. Bunlardan biri də mənəm. Bugünlərin özü də daxil olmaqla mənə qarşı çox ciddi təhlükələr var. Yəni nəyə görə? Dövləti müdafiə edən dinşünas, ilahiyyatçılardan biri də mənəm. Çox ciddi məhrumiyyətlərə uğramışam, çox ciddi təzyiqlərlə üzləşmişəm. Hazırda da təhdid altındayam. Günü gündən də bu təhdid artır. Ölkədə İran propagandasının, İran ideologiyasının təsiri o dərəcədədir ki, bu zərərli amilləri ifşa etdiyimizə, dövləti müdafiə etdiyimizə görə bizə qarşı bu cür ağır təzyiqlər baş verir. Özü də bunlar Həşraşi Batini üsulu ilə iş görürlər. Heç vaxt özləri birbaşa bu məsələlərə qarışmırlar. Bu üçüncü, dördüncü şəxsin vasitəsilə olur. Necə ki, bu gün qardaş Türkiyədə müxtəlif təriqət başçılarını ələ alıb Azərbayana qarşı təsir və təzyiq göstərirlər. Bunu ona görə o cür edirlər ki, özləri ifşa olunmasınlar. Azərbaycanda da müxtəlif başqa peşə sahibləri adı altında İran propaqandasını, təhlükəli ideologiyasını yeridən çoxsaylı insanlar var. Təəssüf və təəccüb edirəm ki, bununla məşğul olan qurumlar yoxdurmu bunları araşdırıb üzə çıxarsınlar. Yaxud da burada bunları kim və kimlər qoruyur? Gizli hücrələr kimi qoruyub bu kimi məsələlərdə dövlətə müqavimət göstərmək üçün dərhal bunların təsir qüvvəsini ortaya çıxardırlar. Bu çox təhlükəli bir məsələdir.

Son dövrlərə kimi məcbur olub bütün ictimai, dini fəaliyyətimi dayandırmaq istədim. Hazırda ailə üzvlərimə və özümə qarşı təhdidlər var. Yəni ki, mən təhrik olunuram ki, dövləti müdafiə etməkdən əl çəkim, dövlətin qərarının haqlı olduğunu qeyd etməyim. Yəni bu dərəcədə boşluqlar buraxmaq olmaz. Bu çox təhlükəli məsələdir. İnsanları bu yolla susdurublar. Mən özümü ona görə nümunə çəkdim ki, danışmaq, müdafiə etmək istəyəni də bu cür təhdidlərlə, hədə-qorxu ilə susdurublar. Sosial şəbəkələr və digər platformalar vasitəsilə çoxsaylı təhdidlər olur. Ümumiyyətlə, elə məsələlər var onu hətta açıb demək olmur. O yaranmış problemi açıqlayıb dedikcə də, ona əks olan bir problem yaradırlar, özləri ifşa olmasın deyə başqa başqa yollardan və üsullardan istifadə edirlər. Bu mənada hesab edirəm ki, yaranan bu boşluqlar artıq bir təhlükəyə çevrilibdir. Bəli, milli təfəkkürdə sağlam dini dəyərlərimizi müdafiə edən dinşünaslarımız, ilahiyyatçılarımız var. Onlar danışmaq da istəyir, demək də istəyir, dövləti müdafiə etmək istəyir. Ancaq çox ciddi şəkildə təhlükə və təhdidlər var. Bu həddindən artıq yol verilməzdir və qəbul edilməzdir. Çünki beləliklə, həmin şəxsləri ya təhrik edib, təhdid edib özlərinə tərəf çəkirlər, dövlətə qarşı qaldırırlar, ya da ki, susdururlar və məhv edirlər”.

T.İrfan qeyd etdi ki, belə elementlər, təsirlər var və o son illər verdiyi açıqlamalara, şərhlərə görə təhdidlərlə qarşılanır.

Ekspert bildirdi ki, vahid məktəbli forması ilə bağlı qərara dəstək verdiyi, bu barədə fikir bildirdiyi üçün sosial, psixoloji, həyati təhlükə ilə üzləşir, çox ciddi təhdidlər və təzyiqlər, məhrumetmələr, başqa-başqa elementlər var. “Hesab edirəm ki, bu məsələlərlə dövlətin qurumları çox ciddi şəkildə məşğul olmalıdır. Ona görə ki, bu birbaşa dövlətin təhlükəsizliyi üçün vacibdir, şəxslərin, fərdlərin yox”-deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ