Cümə axşamı günü, 15 oktyabr 2026
     

Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

Image


Ermənistanın Baş naziri Nikol Paşinyan “Rusiya Dəmir Yolları” şirkətinin baş direktoru Oleq Belozyorovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Ermənistan dəmir yollarının rəqabət qabiliyyətinin artırılması, qonşu ölkələrin və beynəlxalq dəmir yolu şəbəkələrinə inteqrasiyası məsələləri müzakirə olunub. Xüsusilə Gümrü–Axurik–Türkiyə sərhədi və Yerask–Naxçıvan dəmir yolu xətlərinin yenidən qurulması imkanları nəzərdən keçirilib. Tərəflər mövcud problemləri araşdırmaq və gələcək addımları müəyyənləşdirmək üçün birgə işçi qrup yaratmaq barədə razılığa gəliblər.

Ermənistanın Rusiya ilə dəmir yolu əlaqələrini inkişaf etdirməsi, Gümrü–Axurik–Türkiyə sərhədi və Yerask–Naxçıvan dəmir yolu xətlərinin yenidən qurulması planları regionda nəqliyyat kommunikasiyalarının açılmasına və geosiyasi qüvvələr balansına necə təsir göstərə bilər? Bu proses Ermənistanın Rusiyadan iqtisadi və nəqliyyat asılılığını gücləndirəcək, yoxsa Türkiyə və Azərbaycanla əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradacaq?

Züriyə Qarayeva: “Əsas məsələ dəmir yollarının bərpası deyil, onların hansı idarəetmə və təhlükəsizlik mexanizmləri əsasında fəaliyyət göstərəcəyidir”

Rəsmi səviyyədə Fransanın tarixi keçmişini özünə xatırlatmağın vaxtıdır

Politoloq Züriyə Qarayeva məsələ ilə əlaqədar “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın Rusiya ilə dəmir yolu sahəsində əməkdaşlığının genişlənməsi Cənubi Qafqazda həm iqtisadi, həm də geosiyasi baxımdan mühüm nəticələr doğura bilər. Onun sözlərinə görə, bu əməkdaşlıq bir tərəfdən Moskvanın Ermənistanın nəqliyyat infrastrukturu üzərində mövcud təsir imkanlarını qoruyub saxlamasına, digər tərəfdən isə Azərbaycan və Türkiyə ilə regional kommunikasiyaların açılması prosesinin sürətlənməsinə şərait yarada bilər.

Politoloq qeyd edib ki, xüsusilə Yerask–Naxçıvan və Gümrü–Axurik dəmir yolu xətlərinin bərpası regionda nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətlidir. Bu xətlərin fəaliyyətinin bərpası Ermənistanın Türkiyə və Azərbaycanla iqtisadi əlaqələrinin inkişafına, yükdaşımaların artmasına və regional ticarət imkanlarının genişlənməsinə töhfə verə bilər. Lakin burada əsas məsələ yalnız dəmir yollarının texniki vəziyyətinin bərpası deyil, onların hansı siyasi və iqtisadi şərtlər çərçivəsində işləyəcəyidir.

Züriyə Qarayeva vurğulayıb ki, Rusiyanın Ermənistanın dəmir yolu infrastrukturunda iştirakını genişləndirməyə maraq göstərməsi regionda dəyişən geosiyasi şəraitlə birbaşa bağlıdır. Hazırda Cənubi Qafqazda nəqliyyat marşrutları uğrunda rəqabət güclənir. Azərbaycan və Türkiyənin regional bağlantı imkanlarını artırmaq səyləri, Ermənistanın xarici siyasətində yeni istiqamətlər axtarması və ABŞ-nin dəstəklədiyi TRIPP layihəsinin gündəmdə olması Moskvanı bu proseslərdə mövqeyini qorumağa sövq edə bilər.

Politoloqun fikrincə, Rusiya üçün Ermənistanın dəmir yolları sadəcə nəqliyyat infrastrukturu deyil, həm də regiondakı iqtisadi və siyasi təsir imkanlarının mühüm elementidir. Moskva bu sahədəki mövqeyini qorumaqla Cənubi Qafqazda baş verən proseslərə təsir göstərmək, regional yükdaşımalar sistemində iştirakını davam etdirmək və yeni nəqliyyat marşrutlarının formalaşmasında rolunu saxlamaq istəyir. Bu baxımdan, Ermənistanın Rusiya ilə dəmir yolu əməkdaşlığına yenidən önəm verməsi yalnız iqtisadi zərurətlərlə deyil, həm də regional güclər arasında rəqabətlə izah oluna bilər.

Bununla yanaşı, Ermənistanın Rusiya ilə əməkdaşlığı genişləndirməsi onun Qərblə münasibətlərindən tamamilə imtina etməsi demək deyil. İrəvan eyni zamanda alternativ iqtisadi və nəqliyyat imkanları əldə etməyə, xarici siyasətində manevr imkanlarını artırmağa çalışa bilər. Ermənistan üçün əsas çətinlik müxtəlif tərəfdaşlarla əməkdaşlıq qurarkən bir dövlətin və ya siyasi mərkəzin təsirindən həddindən artıq asılı vəziyyətə düşməməkdir. Dəmir yolu infrastrukturu üzərində idarəetmə və təhlükəsizlik məsələləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Züriyə Qarayeva hesab edir ki, Azərbaycan üçün əsas prioritet Naxçıvanla etibarlı, fasiləsiz və maneəsiz nəqliyyat əlaqəsinin təmin edilməsidir. Bu məsələdə Ermənistanın hansı dövlətlə əməkdaşlıq etməsindən daha vacib olan kommunikasiyaların real fəaliyyəti, tranzit imkanlarının təmin edilməsi və əldə olunmuş razılaşmaların yerinə yetirilməsidir. Regional nəqliyyat xətlərinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqələri möhkəmləndirməklə yanaşı, Türkiyə ilə iqtisadi və logistika əməkdaşlığının genişlənməsinə də imkan yarada bilər.

Politoloqun sözlərinə görə, regional kommunikasiyaların açılması qarşılıqlı razılaşmalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həyata keçirilməlidir. Hər hansı nəqliyyat layihəsinin bir dövlətin digərinə siyasi təzyiq vasitəsinə çevrilməsi uzunmüddətli sabitliyə xidmət etməz. Buna görə də marşrutların fəaliyyəti ilə bağlı hüquqi öhdəliklər, sərhəd və gömrük prosedurları, təhlükəsizlik qaydaları, eləcə də tranzit şərtləri əvvəlcədən aydın şəkildə müəyyənləşdirilməlidir.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər -5 FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

15.10.2026 / 11:01
ABŞ Rusiya və İranın “kölgə donanması” gəmilərinə qarşı sanksiyaları ləğv edir…

15.10.2026 / 10:43
Ukraynanın Rusiyanın Su-34 və Su-35 qırıcılarının olduğu hərbi hava bazasını vurdu…

15.10.2026 / 10:28
Tramp Vaşinqtonun Tehranda kiminlə danışıqlar apardığını dəqiq bilmir…

15.10.2026 / 10:15
Ağdərəyə qayıdan 75 yaşlı Süleyman kişinin hekayəsi

15.10.2026 / 10:10
Azərbaycan–Laos münasibətləri möhkəm dostluğa və qarşılıqlı hörmətə əsaslanır

15.10.2026 / 09:46
Hörmüz boğazında 2500-dən çox konteyner daşıyan nəhəng gəmi minaya düşdükdən sonra batdı…

15.10.2026 / 09:27
Ceyhun Bayramov Çinin xarici işlər naziri ilə görüşdü...

15.10.2026 / 09:10
Azərbaycan BMT-ni mina təhlükəsi məsələsini diqqətdə saxlamağa çağırdı

15.10.2026 / 08:57
Türkmənistan Prezidenti Bakıya gəldi

15.10.2026 / 08:49
Səhiyyə Nazirliyi adından hazırlandığı iddia edilən saxta məktub ifşa edildi

15.10.2026 / 01:28
Ərbakan 1969-da "lüt" deputat seçildi, 25 il sonra görün nələrə sahibləndi... O talançının oğlu indi bizə "dərs öyrədir"...

14.10.2026 / 23:08
Bakıda 10-a yaxın şəxs məktəbə hücum etdi - mühafizəçiyə xəsarət yetirildi...

14.10.2026 / 22:45
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO

14.10.2026 / 22:30
Beynəlxalq Valyuta Fondundan şok xəbərdarlıq: qlobal neft qiymətləri 41% artacaq

14.10.2026 / 22:18
Qərb və Rusiya təsiri 2 tərəfdən erməni cəmiyyətini sürətlə parçalayır...

14.10.2026 / 22:07
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb

14.10.2026 / 21:57
TRIPP marşrutunun açılmasına 2 böyük maneə - biri İrandan, digəri Moskvadan gəlir...

14.10.2026 / 21:43
Ermənistan dövlətinin uzunömürlülüyü Azərbaycanın imzasından asılıdır - Paşinyanın etirafı...

14.10.2026 / 21:28
Ermənistanda Qarabağdan köçmüş ermənilərin işini əsasən həll ediblər - Bir neçə min adam qalır...

14.10.2026 / 21:15
Erməni qadını Ani Avetisyan əsgərimiz Nəsimini Ermənistanda niyə saxlamaq istəyirdi?

14.10.2026 / 21:01
Türk dünyasının gələcəyinə yönələn ideyalar

14.10.2026 / 20:50
AKP-dən Azərbaycana iç müdaxilənin hədəfi var - Ermənistanla açılıma cəmiyyəti hazırlamaq...

14.10.2026 / 20:49
Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - FOTO/YENİLƏNDİ

14.10.2026 / 20:38
Azərbaycan kapitalistlərinin Laosa investisiya yolu açıldı...

14.10.2026 / 20:25
Yaxşı başladınız, yaxşı da bitirsəniz, əla olacaq, sayın Baxçalı... Əliyev-Ərdoğan görüşünü niyə Zirvəyə saxlayaq?!...

14.10.2026 / 20:14
AKP rəsmilərinin Azərbaycan-İsrail-Fələstin münasibətlərini təhrif etməsi qətiyyətlə pisləndi...

14.10.2026 / 20:01
Çinin "Azərbaycan, Xorvatiya, Monteneqro və Bolqarıstan" planı...

14.10.2026 / 19:48
Mərkəzi Asiyanın islam ölkələri vahid məktəb formasını problemsiz şəkildə çoxdan qəti həll ediblər...

14.10.2026 / 19:40
AKP rəsmiləri hicabla bağlı işlərimizə əvvəllər müdaxilə etməzdilər - İndi nə olub?

14.10.2026 / 19:33
Qətər Əmiri Azərbaycana səfərə gəlib - FOTO

14.10.2026 / 19:10
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14.10.2026 / 19:10
Bəhreynin xarici işlər naziri Prezident İlham Əliyevin qəbulunda... - FOTO

14.10.2026 / 19:07
Prezident Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul etdi - FOTO

14.10.2026 / 19:06
Prezident İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşüblər - FOTO

14.10.2026 / 19:05
Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib - FOTO

14.10.2026 / 18:44
Azərbaycan və BƏƏ hərbçilərinin birgə uçuş təlimindən GÖRÜNTÜLƏR...

14.10.2026 / 18:28
Şavkat Mirziyoyev Bakıya gəldi - FOTO

14.10.2026 / 18:07
Tacikistan Prezidenti Azərbaycana gəlib - FOTO

14.10.2026 / 17:55
Qırğızıstan Prezidenti Bakıdadır - FOTO

14.10.2026 / 17:41
AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

14.10.2026 / 17:35
Tramp Putini Zelenskidən sülhsevər saydı... Ukrayna Trampdan üz çevirir...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ