İran İnqilab Keşikçiləri Dəniz Qüvvələrinin (SEPAH) açıqlamasına görə, çərşənbə günü səhər saatlarında 2500-dən çox konteyner daşıyan nəhəng konteyner gəmisi Hörmüz boğazının cənubundakı sularda dəniz minasına dəydikdən sonra patlayış baş verib. Mehr agentliyinin məlumatına görə, gəmi qısa müddət sonra batıb.
İran ordusu bildirib ki, gəmi boğazdan icazəsiz və təhlükəli adlandırdığı marşrutla keçməyə çalışıbdı.
Minaya dəydikdən sonra gəmidə partlayış baş verib, ardınca isə konteyner gəmisinin batmasına səbəb olan böyük yanğın baş verib.
SEPAH Hərbi Dəniz Qüvvələri yerli gəmiləri və balıqçıları hadisə baş verən ərazidə suyun səthində üzən konteynerlərlə toqquşma riski barədə xəbərdar edib.
Tahir TAĞIYEV