ABŞ prezidenti Donald Tramp üzünün solğun görünməməsi üçün öz makiyajından istifadə etdiyini etiraf edib. O, bu barədə Corciya ştatının Dalton şəhərində keçirilən seçki kampaniyası zamanı açıqlama verib.
"Mən çox az makiyaj edirəm və özüm də edirəm. Çünki heç olmasa az da olsa makiyaj etməsən, ölü kimi görünürsən. Və mən belə görünmək istəmirəm", - Tramp deyib.
Tramp Corciya ştatından olan Demokrat senator Con Ossoffu tənqid edərkən kosmetika məsələsinə toxunub. Amerika prezidenti Ossoffun ABŞ Senatı tarixindəki digər kişilərdən və ya qadınlardan daha çox makiyaja pul xərclədiyini iddia edib və onun peşəkar makiyaj ustasından istifadəsini lağa qoyub.
Lakin Tramp senatorun xərcləri ilə bağlı iddiasına dair dəlil təqdim etməyib.
Tahir TAĞIYEV