Avropa ölkələri "Aspides" dəniz əməliyyatı üçün tələb olunan on gəmini hələ bir araya gətirə bilməyiblər.
Bunu Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib. TASS-ın məlumatına görə, missiya Avropa ölkələrindən azı on gəminin ayrılmasını tələb edir, lakin onlar hələlik bu sayda gəmidən ibarət donanma formalaşdıra bilməyiblər. "Bəli, bu əməliyyat üçün bizə azı 10 gəmi lazımdır, lakin hələ bu mərhələyə çatmamışıq. Bu gün Aİ-yə üzv müxtəlif ölkələrdən gəmi ayırmaq imkanlarının ola biləcəyinə dair bir neçə təklif eşitdik. Ümid edirəm ki, bu, real nəticələrə çevriləcək. Əgər Aİ regionda ciddi qəbul olunmaq istəyirsə, bunu etməlidir", - deyə Kallas bildirib. Görüş çərçivəsində Avropalı diplomatlar qeyd ediblər ki, regionda artıq mövcud olan altı gəmiyə əlavə olaraq daha iki gəminin göndərilməsi imkanı müzakirə olunub, lakin hələlik yekun qərar qəbul edilməyib.
SAMİRƏ