France 24 xəbər verir ki, Fransa Yaşıllar Partiyasının lideri Marine Tondeli şənbə günü ölkə miqyasında keçirilən etiraz aksiyaları zamanı hüquq-mühafizə orqanlarının hərəkətlərini "tam uğursuzluq" adlandıraraq daxili işlər naziri Loran Nunezin istefasını tələb edib.
Tondelinin sözlərinə görə, nazir insanların və əmlakın qorunması üçün əvvəlcədən kifayət qədər təhlükəsizlik tədbirləri görməyib və hadisənin miqyasını açıq şəkildə aşağı qiymətləndirib.
O, həmçinin polisin dinc nümayişçilərə qarşı güc tətbiq etdiyini deyərək, naziri bütün şəhərləri "iğtişaşçıların mərhəmətinə" buraxmaqda günahlandırıb.
Bu arada, Marsel meri Benoît Payan da öz növbəsində iğtişaşlar zamanı təhlükəsizlik qüvvələrinə verilən əmrlərlə bağlı izahat tələb edib. O, Limojes Bələdiyyəsi, Lill Bələdiyyə binalarının yandırılması və biznes sahiblərinin müdafiəsiz qalmasını misal göstərib.
"Limojes şəhər bələdiyyə binası yandı, Lill şəhər bələdiyyə binasına hücum edildi və sahibkarlar demək olar ki, tək qaldı, hansı əmrlərin verildiyini bilmək istəyirəm" - deyə Payan bildirib.
O, milli polisi günahlandırmadığını, çünki onlar aldıqları əmrləri yerinə yetirdiklərini vurğulayıb.
Marsel meri həmçinin Fransa prezidentindən onu qəbul etməsini xahiş etdiyini bildirib.
Tahir TAĞIYEV