Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyaya təzyiqin azaldılmasının müharibənin bitməsinə kömək etməyəcəyini, əksinə Putinə onun hərəkətlərinin dəstəkləndiyini mesajını verdiyini bildirib.
ABŞ Prezidenti Donald Trampın Qraham Aktı çərçivəsində Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməmək qərarını şərh edən Zelenski, "sanksiyaların qaldırılmasının davam edəcəyinə" inandığını deyib: "Dizel müqaviləsinin ilk addım olduğuna inanıram. Təəssüf ki, Putinin bu şəkildə dayandırıla biləcəyini düşünmürəm. Əksinə, o, bu cür dəstəyə sahib olmaqdan məmnun və xoşbəxtdir. Buna baxmayaraq, biz çox ümid edirik ki, - və şəxsən mən ümid edirəm ki, Amerika Birləşmiş Ştatları Prezidenti Putinin qətlləri, enerji infrastrukturumuza zərbələri dayandırması və müharibəni dayandırması üçün əlindən gələni edəcək".
Zelenski əlavə edib ki, nə Ukraynanın ukraynalıların ölümünə səbəb olan Rusiya hücumlarına qarşı qisas almaq qabiliyyətinə qoyulan məhdudiyyətlər, nə də sanksiyaların ləğvi Putini dayandıra bilməz.
Tahir TAĞIYEV