VK Holding şirkəti, Leninqrad vilayətindəki data mərkəzinə dronlarla hücum edildiyini açıqlayıb.
"Leninqrad vilayətindəki VK-nın məlumat mərkəzinə dron hücumu həyata keçirilib. VK xidmətləri istifadəçilər üçün həmişəki kimi əlçatandır" – deyə şirkətin açıqlamasında bildirilir.
Ancaq buna baxmayaraq, VK-ın bəzi xidmətlərində problemlər yarandığı bildirilir.
VK istifadəçi bazasına görə Rusiyanın ən böyük texnologiya şirkətidir. O, VKontakte və Odnoklassniki sosial şəbəkələrinin, Zen xəbər platformasının, Poçta Mail və Oblak Mail-in sahibdir. Şirkət həmçinin milli Max messencerinin, musiqi və video xidmətlərinin, rabitə və tanışlıq xidmətlərinin, təhsil platformalarının, oyun platformasının və bir çox digər xidmətlərin idarəçiliyini edir. Onun portfelinə həmçinin biznes proseslərinin rəqəmsallaşdırılması üçün bir sıra məhsul və xidmətlər də daxildir.
Bazar günü Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgə üzərində 95 dronun məhv edildiyini, dağıntıların yaşayış binalarına və elektrik xətlərinə düşdüyünü bildirib.
Tahir TAĞIYEV