Fransanın daxili işlər naziri Loran Nunyes ölkədəki etirazlar fonunda istefa verib, lakin Prezident Emmanuel Makron onun istefasını qəbul etməyib.
BFMTV-nin məlumatına görə, buna baxmayaraq, president Makron 17 oktyabrda zorakılığın artmasına səbəb olan "proqnozlaşdırma və kəşfiyyatdakı çatışmazlıqları" da qeyd edib. Kanalın məlumatına görə, Makron Nunyesə "daxili təhlükəsizlik qüvvələrinin etirazçılarla mübarizə aparmaq üçün mümkün qədər tez yeni metodlar tətbiq etməsini" tapşırıb.
Bundan əvvəl "France-Presse" agentliyi respublika Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən məlumat vermişdi ki, 17 oktyabrda baş tutan və iğtişaşlar və qırğınlarla müşayiət olunan yaşayış qiymətlərinin artmasına qarşı kütləvi etirazlar zamanı polis 2397 nəfəri saxlayıb.
Tahir TAĞIYEV