18 oktyabr gecəsi Rusiya qüvvələri Kiyevi ballistik raketlərlə vurub. Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətinin (SES) məlumatına görə, hücum nəticəsində 21 yaşlı bir qadın həlak olub, səkkiz nəfər yaralanıb.
Şəhərin sol sahilindəki Çerniqovska metro stansiyası hücum zamanı zədələnib. Stansiya yaxınlığında düşən dağıntılar hərəkət və təmas relslərini sıradan çıxarıb.
Kiyevin Solomyanski rayonunda raket qalıqları 25 mərtəbəli yaşayış binasının birinci mərtəbəsinə dəyib və tibb müəssisəsinin üzərinə düşüb.
Dneprski rayonundakı qeyri-yaşayış binasına da zərbə qeydə alınıb.
Tahir TAĞIYEV