Bazar ertəsi günü, 19 oktyabr 2026
     

AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

Image


AKP-nin təriqət hakimiyyəti, iddialarının əksinə olaraq, İsraillə sıx ticarət əlaqələrini davam etdirir. Hələ 2023-cü ildə Türkiyədən İsrailə ixracın dəyəri təxminən 5,3 milyard ABŞ dolları, İsraildən Türkiyəyə ixrac isə 1,5 milyard dollar təşkil edirdi. Bu rəqəmlər Türkiyənin İsrail bazarında əhəmiyyətli mövqeyə malik olduğunu göstərirdi. Eyni zamanda, iki ölkənin iqtisadi əlaqələri yalnız məhsul mübadiləsindən ibarət deyildi; logistika, daşıma, sənaye təchizatı və müxtəlif kommersiya xidmətləri də bu münasibətlərin bir hissəsi idi.

2023-cü ilin oktyabrında Qəzzada müharibənin başlanmasından sonra AKP hökuməti İsrailin hərbi əməliyyatlarını kəskin tənqid etdi. Nəticədə Ankara əvvəlcə müəyyən məhsul qruplarına məhdudiyyətlər tətbiq etdi, daha sonra isə ticarətin tam dayandırılması istiqamətində qərar qəbul etdi. 2 may 2024-cü ildə AKP hökuməti İsraillə idxal və ixrac əməliyyatlarını bütün məhsul qrupları üzrə dayandırdığını bildirdi. AKP hakimiyyətinin açıqlamasına əsasən, qərar İsrailin Qəzzaya hücumları və humanitar vəziyyətlə bağlı idi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həmin dövrdə iki ölkə arasındakı ticarət dövriyyəsinin təxminən 9,5 milyard dollar olduğunu bildirmişdi. Reallıq isə AKP-nin təriqət hakimiyyətinin əslində ticarəti yalnız sözdə dayandırdığını üzə çıxardı. “Reuters”in 8 oktyabr 2024-cü il tarixli məlumatına görə, Türkiyənin Fələstin ərazilərinə ixracı həmin ilin ilk doqquz ayında 571,2 milyon dollara çatmışdı. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altıqat artım idi. Artımın böyük hissəsi İsraillə ticarət qadağası tətbiq edildikdən sonra qeydə alınmışdı. Bu artım müşahidəçilər tərəfindən malların Fələstin şirkətləri vasitəsilə İsrail bazarına yönləndirilməsi ilə əlaqələndirilirdi. Belə ki, bəzi məhsullar sənədlərdə Fələstin üçün göstərilsə də, sonradan İsrailə çatırdı. 2026-cı ilin sentyabrında “Bianet” nəşri “Oil for Change International” və SOMO təşkilatlarının araşdırmasına istinadən Ceyhan limanından İsrailə neft daşınmasında vasitəçi şirkətlərin rolunu işıqlandırdı. Araşdırmaya görə, iki əmtəə ticarəti şirkəti 2024-cü ilin mayında ticarət qadağası tətbiq edildikdən sonra İsrailə 14 milyon barreldən çox neft göndərmişdi. Materialda bu şirkətlərdən birinin - “Heritage” şirkətinin Türkiyədə iki törəmə müəssisəsinin olduğu da bildirilirdi. Bunlar Ankaranın İsraillə elan etdiyi "sıfır ticarət" siyasətinin, əslində bir mif olduğunu göstərdi. Lakin rəsmi bəyanatların pərdəarxasına nəzər saldıqda, statistik göstəricilər və araşdırmalar elan olunmuş embarqonun əslində bir ticarət mifindən ibarət olduğunu, iqtisadi çarxların fərqli mexanizmlərlə dönməyə davam etdiyini göstərir. Embarqonun elan olunmasından dərhal sonra rəsmi gömrük bəyannamələrində İsrailin adı yoxa çıxsa da, malların axını dayanmadı. Şirkətlər və vasitəçilər ticarəti davam etdirmək üçün praktiki mexanizmlər işə saldılar. Türkiyənin Fələstinə ixracat statistikası embarqodan sonra astronomik dərəcədə yüksəldi. Məsələn, polad, sement və kimyəvi maddələrin Fələstinə ixracında minlərlə faizlə ölçülən sıçrayışlar qeydə alındı. Əslində bu sənədləşmədə yüklər Fələstin şirkətlərinin adına rəsmiləşdirilir, Aşdod və ya Haifa limanlarına çatdırıldıqdan sonra isə İsrail daxili bazarına yönəldilirdi. Türkiyənin özünün İsraildə uzun illərdir fəaliyyət göstərən şirkətləri var. Bunlardan biri “Yılmazlar Construction Group”dur. Adıçəkilən Türkiyə şirkəti İsraildə təxminən 40 ildir fəaliyyət göstərir. Şirkətin İsraildə həyata keçirdiyi layihələr arasında Hayfa limanı, Bloomfield stadionu, “Azrieli Town”, “Electra Landmark”, İsrail Milli Kitabxanası və çoxsaylı yaşayış, biznes kompleksləri var. Üstəlik, şirkətin öz açıqlamasında bildirilir ki, 2026-cı ildə də Türkiyədən İsraildəki layihələrinə işçi qrupları göndərib. Türkiyə limanlarından çıxan yük gəmiləri bu gün də İsrail limanlarına çatır. Məsələ ondadır ki, Türkiyə ilə əlaqəli gəmini müəyyənləşdirmək üçün onun üzərində hansı ölkənin bayrağının dalğalandığına baxmaq kifayət etmir. Çünki Türkiyə gəmiçilik sektorunun böyük hissəsi məhz xarici ölkələrin bayraqları altında fəaliyyət göstərir. Türk Gəmi Sahibləri Assosiasiyasının 2024–2025-ci illəri əhatə edən hesabatına görə, 2025-ci ilin əvvəlinə Türkiyə ilə əlaqəli donanmanın ümumi dedveyti 51,943 milyon tona çatıb. Ümumi tonnajı 1000-dən çox olan gəmilərin sayı isə 2092 olub. Bir tərəfdə Türkiyənin rəsmi mövqeyi var: İsraillə ticarət “sıfırdır”, Türkiyə bayraqlı gəmilərin İsrail limanlarına getməsinə icazə verilmir. Digər tərəfdə isə açıq gəmi izləmə məlumatları və müxtəlif mənbələrdə dərc olunan statistika var: Türkiyə limanlarından çıxan və ya Türkiyə ilə əlaqəli strukturlar tərəfindən idarə olunan xarici bayraqlı gəmilərin İsrailin Hayfa və Aşdod limanlarına hərəkəti qeydə alınır.

Bundan başqa, birbaşa dəniz marşrutlarının bağlanması fonunda Yunanıstan, Bolqarıstan və ya Rumıniya kimi üçüncü ölkələrin limanlarından tranzit məntəqəsi kimi istifadə olunmağa başlandı. Sənədlərdə təyinat ölkəsi dəyişdirilən Türkiyə malları birbaşa və ya dolayısı ilə İsrailə çatdırıldı. Milli Məclisin deputatı Arzuxan Əlizadə bu fonda qeyd edir ki, Türkiyənin İsraillə ticarət əlaqələrini dayandırması ilə bağlı bəyanatları fonunda müxtəlif beynəlxalq ticarət statistikalarında və dəniz daşımaları məlumatlarında fərqli göstəricilərin ortaya çıxması məsələyə daha geniş prizmadan yanaşmağı zəruri edir. O bildirib ki, müasir dünyada iqtisadi münasibətlər yalnız siyasi bəyanatlarla ölçülmür. Ticarət dövriyyəsinin real vəziyyətini müəyyən etmək üçün malların mənşəyi, daşınma marşrutları, gömrük sənədləri və statistik hesabatlar kompleks şəkildə araşdırılmalıdır: “Əgər hər hansı ölkə bir tərəfdən ticarət əlaqələrini tam dayandırdığını bəyan edir, digər tərəfdən isə həmin ölkə mənşəli məhsulların fərqli marşrutlarla qarşı tərəfin bazarına daxil olması barədə məlumatlar ortaya çıxırsa, bu ziddiyyətlərə aydınlıq gətirilməlidir. Burada əsas məsələ siyasi ritorika ilə iqtisadi fəaliyyətin nə dərəcədə uzlaşmasıdır. Türkiyənin İsraillə ticarəti dayandırması barədə qərarının faktiki icrası, üçüncü ölkələr üzərindən həyata keçirilən mümkün daşımalar və şirkətlərin bu prosesdə iştirakı şəffaf şəkildə araşdırılmalıdır. Bununla belə, ayrı-ayrı gəmi marşrutları və ya ticarət statistikaları özlüyündə bütün daşımaların qadağalardan yayınmaq məqsədi daşıdığını sübut etmir. Belə iddiaların təsdiqi üçün etibarlı mənbələrə, konkret müqavilələrə və gömrük məlumatlarına əsaslanan araşdırmalar aparılmalıdır. Digər tərəfdən, Azərbaycanı İsraillə iqtisadi münasibətlərinə görə ittiham edən dairələrin eyni meyarları bütün ölkələrə tətbiq etməsi vacibdir. Əgər Türkiyənin ticarət siyasəti ilə bağlı suallar və ziddiyyətlər mövcuddursa, bunlar da açıq müzakirə edilməli, siyasi mövqelərdən asılı olaraq fərqli yanaşmalara yol verilməməlidir. Beynəlxalq münasibətlərdə ikili standartlar etimadı zəiflədir və məsələlərin obyektiv qiymətləndirilməsinə mane olur”. AKP İsrail ilə ticarət qadağası tətbiq etsə də, Fələstin əraziləri vasitəsilə məhsul axınları iqtisadi əlaqələrin faktiki davam etdiyini göstərir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

19.10.2026 / 10:30
Rusiya Kiyev metrosunu vurdu - bir nəfər həlak oldu…

19.10.2026 / 10:19
Azərbaycandan Ermənistana ixrac olunan məhsulların SİYAHISI AÇIQLANDI...

19.10.2026 / 09:55
DYP küləkli hava ilə bağlı sürücülərə müraciət etdi

19.10.2026 / 08:40
Təl-Əvivdən Vyanaya uçan təyyarədə bomba həyəcanı - avialayner Sofiyaya məcburi eniş etdi

19.10.2026 / 08:32
Körfəz ölkələri İrandan kompensasiya tələb etdilər - Tehran “tupik”də…

19.10.2026 / 08:25
Trampa qarşı “Kral istəmirik!” etiraz aksiyaları bütün Amerikanı bürüdü

18.10.2026 / 22:26
İran agentləri Almaniyada özlərini ifşa etdi - Azərbaycan himni altında növbəti təxribat... VİDEO

18.10.2026 / 21:44
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

18.10.2026 / 20:56
Husi hücumlarından sonra Ər-Riyaddakı 99 mərtəbəli Kingdom Centre göydələni tam boşaldıldı…

18.10.2026 / 20:32
Ukrayna Leninqrad bölgəsindəki VK data mərkəzinə hücum etdi - bəzi platformalarda problemlər yarandı...

18.10.2026 / 20:05
Dövlət Müstəqilliyimizin Ulu öndər bünövrəsi: 35 illik şanlı yol

18.10.2026 / 19:37
Zelenski Ukraynaya Starlink məhdudiyyətlərinin birbaşa ABŞ hökumətindən gəldiyini deyir

18.10.2026 / 16:20
Türkiyə Prezidenti Azərbaycanı təbrik etdi

18.10.2026 / 15:58
Britaniya səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:50
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanı təbrik etdi

18.10.2026 / 14:25
İrana yeni hücum üçün zəmin hazırlanır – Tehran ABŞ-ı vura biləcək ballistik raketlər hazırlayır…

18.10.2026 / 12:47
İğtişaşlardan sonra Fransa daxili işlər nazirinin istefası tələb edildi…

18.10.2026 / 12:14
Rusiya qərbi Ukraynaya hücum etdi - Polşa ordusu hazır vəziyyətə gətirildi, qırıcılar havaya qaldırıldı…

18.10.2026 / 11:28
ABŞ Fransadakı iğtişaşları Qərb ölkələrinin miqrasiya siyasəti ilə əlaqələndirdi - xəbərdarlıqları qulqardına vurdular…

18.10.2026 / 11:10
Makronun yarıtmaz siyasətinə qarşı iğtişaşlar Fransanı bürüdü – tarixi binalar yandırılır, mağazalar talan edilir… FOTO/VİDEO

18.10.2026 / 10:18
Ukrayna Sankt-Peterburqu bombaladı - “Ozon”un logistika mərkəzi, neft terminalı, neft bazası vuruldu…

18.10.2026 / 09:43
Ərdoğanın iqtidar çevrəsində nə baş verir?

18.10.2026 / 09:10
Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir

18.10.2026 / 08:31
Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib

17.10.2026 / 23:11
Bir ömürdən minlərlə ömrə uzanan mənəvi irs:Minarə Tahirovanın əziz xatirəsinə - MDU rektoru Anar Eminov yazır...

17.10.2026 / 19:12
Zelenski Trampın dizel qərarını yenə tənqid etdi – bu ilk addımdır, Rusiyaya qarşı sanksiyaların ləğvi davam edəcək…

17.10.2026 / 17:29
Bahalaşmaya qarşı çıxan etirazçılar Marsel şəhər bələdiyyəsinin binasına basqın etdilər…

17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

17.10.2026 / 16:45
ABŞ Rusiya dizel yanacağının potensial alıcılarının siyahısını Moskvaya təqdim etdi

17.10.2026 / 16:20
Hörmüz boğazında minaya dəyən supertankerdə güclü yanğın başladı…

17.10.2026 / 16:02
Tramp makiyajdan istifadə etdiyini etiraf etdi - ölü kimi görünmək istəmirəm…

17.10.2026 / 15:37
Biləsuvarda ağır yol qəzası - iki nəfər ölüb, üç nəfər xəsarət alıb...

17.10.2026 / 15:33
Valeh Ələsgərov "Şərəf" ordeni ilə təltif edilib

17.10.2026 / 15:18
“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub - VİDEO

17.10.2026 / 14:50
Misir prezidenti 2030-cu ildə vəzifəsindən gedəcəyini açıqladı…

17.10.2026 / 14:35
Bakıda keçirilən NATO təlimi başa çatdı - FOTO/VİDEO

17.10.2026 / 13:22
Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr - siyahı açıqlandı...

17.10.2026 / 10:18
Bir gündə 38 cinayətin üstü açıldı, axtarışda olan 51 nəfər saxlandı

17.10.2026 / 09:51
“Environmental Protection First” koalisiyası Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart adlandırdı

17.10.2026 / 09:04
Tarix üzrə fəlsəfə doktoru Hacı Həsənovun yaradıcılığında milli ruh

17.10.2026 / 07:51
Avropa İttifaqı üzv ölkələrdən 10 gəmini bir araya gətirə bilmir…

17.10.2026 / 07:39
Trampın mətbuat katibi işdən ayrıldı - Keti ilk çıxışında “özünü yandırdı”…

16.10.2026 / 22:10
Bakıdan Parisə demokratiya mesajı: Fransanın insan haqları siyasəti ifşa olundu...

16.10.2026 / 21:52
Azərbaycan tarixdə Nürnberq məhkəməsinin 2-ci nümunəsini yaratdı...

16.10.2026 / 21:36
Avropanın iki ən böyük təşkilatı “atavizm qalığı” adlandırılıdı...

16.10.2026 / 21:21
28 dövlətin qarşısında Ermənistan da, BMT də, ATƏT də ifşa olundu...

16.10.2026 / 21:05
Bakıdan dünyaya: “bunu etməsəniz, müharibələr davam edəcək”...

16.10.2026 / 20:51
Məğlub etdik, məhv etmədik - Əliyev 44 gün Zəfərinin mühüm mənəvi aspektini də açdı...

16.10.2026 / 20:37
İkitərəfli, çoxtərəfli formatlardan regional təhlükəsizliyə - Azərbaycanın yeni düsturu...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ