ABŞ-ın vitse-prezidenti Cey Di Vens oktyabrın 27-də keçiriləcək Knesset seçkiləri ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya açıq şəkildə dəstək verməkdən imtina edib.
"Reuters" agentliyinin məlumatına görə, "2WAY" onlayn platformasına müsahibəsində Vens bildirib: "Mən amerikalı namizədləri dəstəkləyirəm və hazırda diqqətimi məhz buna – ABŞ-dakı aralıq seçkilərə yönəltmişəm".
"Mən ona dəstək verilməsinin əleyhinə deyiləm, lakin bunu təşviq də etmirəm. Mən İsrail seçkilərinə qarışmıram", – deyə ABŞ vitse-prezidenti əlavə edib.
Maraqlıdır ki, hələ 2026-cı ildə Vens Macarıstandakı parlament seçkilərində Viktor Orbanı açıq şəkildə dəstəkləmiş, hətta seçki kampaniyası dövründə Budapeştə səfər etmişdi. Orban həmin seçkidə məğlub olmuşdu. Tramp isə müxtəlif ölkələrdə keçirilən seçkilərdə ayrı-ayrı namizədləri dəstəklədiyindən tez-tez bəhs edib. Onun dəstəklədiyi şəxslərin bir çoxu sonda qalib gəlib; lakin o, Orbanı da dəstəkləmişdi, lakin Orban qalib gələ bilmədi.
SAMİRƏ