İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçən rabitə kabellərini vurmaqla hədələyib.
"Sualtı rabitə kabelləri İran üçün yeni hədəflərə çevrilə bilər", - deyə SEPAH-ın sözçüsü briqada generalı Hüseyn Mohebi bildirib.
Onun sözlərinə görə, Hörmüz boğazından internet trafiki və dünya üzrə kommersiya məlumatlarının ötürülməsi üçün vacib olan yeddi əsas sualtı kabel keçir.
Mohebi ABŞ-a İslam Respublikasına qarşı hər hansı bir hücumla bağlı xəbərdarlıq edib: "Əgər region İran üçün təhlükəli vəziyyətə gələrsə, regionda heç kim üçün təhlükəsizlikdə olmayacaq".
Tahir TAĞIYEV