ABŞ vitse-prezidenti Vens hesab edir ki, Ukrayna NATO üzvü olmamalıdır.
"Bildiyim qədəri ilə Ukrayna ilə rəsmi bir ittifaqımız yoxdur. Onlar NATO-da deyillər. Düşünmürəm ki, onlar NATO üzvü olmamalıdırlar" – deyə Vens 2Way-a verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Kiyevin "bir qədər fərqli maraqları" var. Vens qeyd edib ki, Vaşinqton hesab edir ki, Kiyev Rusiyanın neft emalı zavodlarını bombalamağı dayandırmalıdır.
ABŞ vitse-prezidenti vurğulayıb ki, ukraynalıların bu hərəkətləri amerikalılar üçün dizel yanacağının qiymətini artırır.
Tahir TAĞIYEV