çərşənbə axşamı günü, 20 oktyabr 2026
     

AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

Image


Abutalıb Səmədov: "Hesab edirəm ki, AKP-nin indiki formada uzun müddət mövcudluğunu qoruyub saxlaması çətin olacaq"

AKP-nin qurucusu Kemal Albayrak müsahibəsində bildirib ki, AKP dağılacaq. Albayrak AKP artıq mütəşəkkil cinayətkar örgütlərin ələ keçirdiyi bir partiya halına gəlib. "AKP bu son qalmaqaldan siyasi cəhətdən ciddi zərbə alacaq. AKP bu sonuncu davası ilə yıxılacaqdı. Nə qədər gizlətməyə çalışsalar da, bu məsələnin məsuliyyətindən yayınmaq asan olmayacaq.

AKP artıq mütəşəkkil cinayət qruplarının təsiri altına düşmüş bir partiyaya çevrilib. Dövlət hakimiyyətini və dövlət qurumlarını öz nəzarətində saxlayan bu siyasi yanaşma dövlətin imkanlarından öz tərəfdarlarının, yaxın çevrəsinin və ailə üzvlərinin maraqları naminə istifadə edildiyi barədə ciddi suallar doğurur.

Xalq arasında belə bir deyim var: "Açıq qalan sirr gec-tez üzə çıxar". Bəs bu məsələlərin araşdırılmasını tələb edənlərə niyə mane olunur? Nə üçün bəzi faktların açıqlanmasından çəkinilir? Əgər ortada gizlədiləcək heç nə yoxdursa, araşdırmanın qarşısını almağa nə ehtiyac var?

İnsanda belə bir təəssürat yaranır ki, AKP-nin rəhbərliyində və onun ətrafında olan bəzi şəxslər bu məsələlərin araşdırılmasından narahatdırlar. Halbuki şəffaflıq və hesabatlılıq demokratik idarəçiliyin əsas prinsiplərindəndir.

Maraqlıdır ki, MHP və AKP bu məsələnin araşdırılmasına qarşı mövqe nümayiş etdiriblər. Bu isə cəmiyyətdə haqlı suallar doğurur. İctimaiyyət dövlət vəsaitlərinin, xalqın haqqının və hüququnun qorunmasını tələb edir. Hakimiyyət ortaqları bu suallara aydın və əsaslandırılmış cavab verməlidirlər.

Məni ən çox narahat edən məsələlərdən biri də əxlaqla din arasındakı münasibətin bu cür təhrif edilməsidir. İnsan özünü dindar hesab edə bilər, dini şüarlarla çıxış edə bilər. Ancaq onun davranışlarında ədalət, dürüstlük, başqasının haqqına hörmət, yalandan uzaq olmaq və şəffaflıq yoxdursa, burada ciddi mənəvi ziddiyyət var.

Əgər insan həqiqətən inandığı dinin prinsiplərinə sadiqdirsə, onun davranışlarında ədalət, vicdan, haqqı qorumaq və insanlara qarşı məsuliyyət öz əksini tapmalıdır. Dini inanclar şəxsi və siyasi maraqların ört-basdır edilməsi üçün vasitəyə çevrilməməlidir.

Təəssüf ki, bəzi hallarda zahiri dini görünüşlə daxili mənəvi dəyərlər arasında böyük uçurum yaranır. Görünüşdə dindarlıq, davranışda isə fitnə, fəsad və mənfəətpərəstlik müşahidə olunur..."-deyə Albayrak bildirib.

"Alyans"SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, Ədalət və İnkişaf Partiyası (AKP) yaranarkən qarşısına tamamilə fərqli hədəflər qoymuşdu. "Təəssüf ki, sonradan addım-addım bu hədəflərdən uzaqlaşdı. Bu gün partiyanın adında "ədalət" və "inkişaf" sözlərinin yer alması cəmiyyətdə müəyyən istehza doğurur. Çünki AKP-nin hakimiyyətdə olduğu dövrdə Türkiyədə ədalət anlayışı ciddi şəkildə dəyişib.

Əvvəllər müəyyən qədər müstəqil fəaliyyət göstərən məhkəmə və hüquq-mühafizə orqanlarının ədalətsiz mövqe tutduğu, qərəzli qərarlar qəbul etdiyi barədə tənqidlər artıb. Artıq cəmiyyətdə bu problemləri görənlər çoxdur, lakin müxtəlif səbəblərdən susmağa üstünlük verənlər də az deyil.

İnkişafdan danışmaq da getdikcə çətinləşir. Çünki Türkiyə iqtisadi baxımdan tarixinin ən ağır dövrlərindən birini yaşayır. Bunun əsas səbəblərindən biri iqtisadiyyatın idarə olunmasında elmi və iqtisadi qanunauyğunluqlardan uzaqlaşılması, dini yanaşmaların iqtisadi qərarlara təsir göstərməsidir.

Faizin günah olduğu, buna görə də aşağı salınmalı olduğu və faiz dərəcələrinin inflyasiyaya təsirinə dair səsləndirilən fikirlər Türkiyənin iqtisadi siyasətində ciddi mübahisələrə səbəb oldu. Nəticədə ölkə dərin iqtisadi böhranla üzləşdi. Sonradan bu yanaşmalardan müəyyən qədər geri çəkilmək və iqtisadi siyasəti daha ənənəvi prinsiplər əsasında qurmaq cəhdləri göstərilsə də, yaranmış problemləri aradan qaldırmaq asan deyil.

Hesab edirəm ki, AKP-nin indiki formada uzun müddət mövcudluğunu qoruyub saxlaması çətin olacaq. Çünki bu partiya zaman keçdikcə daha çox bir şəxsin-Rəcəb Tayyib Ərdoğanın siyasi nüfuzu ətrafında formalaşmış siyasi təşkilata çevrilib. Ərdoğandan sonrakı dövrdə partiyanın əvvəlki mövqeyini qoruması olduqca çətin görünür. Təsadüfi deyil ki, partiyanın bir sıra qurucuları və tanınmış simaları artıq sıralarını tərk ediblər".

A.Səmədovun sözlərinə görə, qarşıdakı prezident seçkilərində mümkün məğlubiyyət AKP üçün ciddi siyasi böhrana səbəb ola bilər. "Hakimiyyət dəyişərsə, indiki dövrdə baş vermiş mümkün qanun pozuntularının və cinayət iddialarının araşdırılması məsələsi də gündəmə gələ bilər. Əgər bu iddialar sübuta yetirilərsə, məsul şəxslər qanun qarşısında cavab verməli olacaqlar.

Məhz hakimiyyəti itirmək qorxusu siyasi mübarizədə sərt üsullardan istifadə olunması ilə bağlı narahatlıqları artırır. Siyasi rəqiblərin bir qismi həbs edilir, digərlərinə təzyiq göstərildiyi iddia olunur, bəziləri isə müxtəlif vasitələrlə hakim partiyaya qoşulmağa təşviq edilir. Eyni zamanda, müstəqil media qurumlarının fəaliyyət imkanlarının məhdudlaşdırılması Türkiyənin siyasi həyatında ciddi problemlərdən biri olaraq qalır.

Bu gün Türkiyədə həqiqətən müstəqil fəaliyyət göstərən media qurumlarının sayı məhdud görünür. Bütün bunlar hakimiyyətin siyasi mövqeyini qorumaq cəhdləri ilə əlaqələndirilir.

Bununla belə, düşünürəm ki, bütün bu tədbirlərə baxmayaraq, AKP-nin qarşıdakı prezident seçkilərində qalib gəlmək şansı xeyli azalıb. Əgər İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri Əkrəm İmamoğlunun siyasi fəaliyyəti məhdudlaşdırılsa belə, müxalifətin digər tanınmış simaları - Mansur Yavaş və Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl siyasi mübarizəni davam etdirə bilərlər. Onların hər biri hakimiyyətə alternativ namizəd kimi çıxış etmək potensialına malikdir.

AKP daha əvvəl bələdiyyə seçkilərində ciddi məğlubiyyətlə üzləşsə də, hakimiyyətdə qalmağı bacardı. Lakin prezident seçkilərində məğlubiyyət partiyanın gələcəyi üçün daha ağır nəticələr doğura bilər.

Məni ən çox təəssüfləndirən məqam isə vaxtilə böyük ümidlərlə izlədiyim, fəaliyyətini dəstəklədiyim və uğurlarına sevindiyim bir siyasi partiyanın bu vəziyyətə düşməsidir. Bu gün partiyanın bəzi aparıcı nümayəndələrinin sərvətləri, dövlət vəsaitlərinin istifadəsi və mümkün korrupsiya halları ilə bağlı ciddi suallar səsləndirilir. Bu iddiaların obyektiv araşdırılması cəmiyyətin maraqlarına xidmət edərdi.

Parlamentdə korrupsiya və maliyyə pozuntuları ilə bağlı iddiaların araşdırılması məsələsi qaldırılarkən hakim partiyanın çoxsaylı deputatlarının iclas zalını tərk etməsi də siyasi məsuliyyət baxımından ciddi suallar doğurur.

Sonuncu dəfə fond vəsaitlərinin mənimsənilməsi ilə bağlı iddiaların parlamentdə araşdırılması məsələsi gündəmə gətirilərkən, bildirilənə görə, AKP-dən yalnız bir qadın deputat iclas zalında qalıb, digər deputatlar isə zalı tərk ediblər. Belə hallarda əsas məsələ iddiaların araşdırılmasına açıq münasibət göstərilməsi və şəffaflığın təmin edilməsidir.

Güman edirəm ki, gələcəkdə Türkiyə siyasətində mövqeyini qoruyacaq şəxslər arasında prinsipial mövqe nümayiş etdirən, təmiz reputasiyaya malik siyasətçilər də olacaq. Ola bilsin ki, onlardan bəziləri siyasi fəaliyyətlərini başqa partiyalarda davam etdirsinlər"-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

19.10.2026 / 18:59
Neft bazarında yeni qiymət xaosu başladı...

19.10.2026 / 18:42
Azərbaycanda boşanma göstəricisi ilk dəfə 50 faizi keçib...

19.10.2026 / 18:34
Türkiyədə erkən seçki AKP iqtidarını silkələdi...

19.10.2026 / 18:30
İran rəsmisi Azərbaycanın da adını çəkdi - Rusiya, Çin, Hindistan...

19.10.2026 / 18:28
Rusiya Ermənistana qarşı nüvə şantajına əl atır

19.10.2026 / 18:20
FETO ilə dinçi AKP iqtidarının düşmənçiliyi haradan başlayıb?

19.10.2026 / 18:15
AKP-nin təriqət hakimiyyəti İsraillə ticarəti sürətlə genişləndirir

19.10.2026 / 18:12
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Türkmənistanda səfərdədir - FOTO

19.10.2026 / 17:51
Tramp Ərdoğanı niyə "əzizləyir" - arada bu qədər problemlər varkən...

19.10.2026 / 17:35
Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli kampaniyaya son qoymağa çağırıb

19.10.2026 / 17:17
AKP iqtidarı 1 trilyonluq maliyyə qalmaqalını xarici qüvvələrə bağlamaq istədi - alınmadı...

19.10.2026 / 16:26
ABŞ Yaxın Şərqdəki vətəndaşlarına mümkün eskalasiya barədə xəbərdarlıq etdi...

19.10.2026 / 16:11
Adnan Əhmədzadədən yeni xəbər var - məhkəmə qarşısına çıxarıldı...

19.10.2026 / 15:55
Zelenski Trampı sərt tənqid etdi - bizi Putinə təslim olmağa məcbur edir...

19.10.2026 / 15:41
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb - FOTO

19.10.2026 / 15:26
Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşin sədri ilə görüşdü...

19.10.2026 / 15:12
İran ilk ağır qırıcı təyyarəsini sınaqdan keçirməyə hazırlaşır...

19.10.2026 / 14:44
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradıldı FOTO

19.10.2026 / 14:17
Prezident bir qrup energetiki təltif etdi

19.10.2026 / 13:59
Fransanın daxili işlər naziri polisin böyük şəhərlərdə vəziyyətə nəzarəti itirdiyini etiraf etdi...

19.10.2026 / 13:41
Kreml Kiyev danışıqlarda olmadan Ukraynada sülhü mümkünsüz hesab edir...

19.10.2026 / 13:04
Bu şəxslərin pensiyaları aylıq əlavələrlə artırılacaq...

19.10.2026 / 12:30
AKP-nin bu qədər korrupsiyaya qurşanmış üzvlərini kim himayə edir - 5 TUTARLI FAKT…

19.10.2026 / 12:12
Məktəb direktorunun maşınının yandırılması ilə bağlı daha bir nəfər saxlandı - VİDEO

19.10.2026 / 12:08
Yeni səhiyyə naziri Anar Bayramov KİMDİR? - DOSYE

19.10.2026 / 11:57
Rusiya Qara dənizdə daha bir yük gəmisini vurdu...

19.10.2026 / 11:45
Rubio ABŞ-ın Kiyevə kəşfiyyat dəstəyinin dayandırılmadığını deyir – Zelenski bu məlumatı haradan alıb bilmirəm...

19.10.2026 / 11:42
Baş nazirin müavinlərinin sayı 4-ə çatdı

19.10.2026 / 11:33
Anar Bayramov səhiyyə naziri təyin edildi

19.10.2026 / 11:31
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM

19.10.2026 / 11:29
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - FƏRMAN

19.10.2026 / 11:27
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü 20 sutka həbs olundu

19.10.2026 / 11:12
Fransada etirazlarda saxlananların sayı 2 mini keçdi – DİN naziri istefa ərizəsi yazdı, Makron qəbul etmədi…

19.10.2026 / 10:54
Əraqçi ABŞ-a xəbərdarlıq etdi - diqqətli olun: bizim də yarımçıq qalmış işlərimiz var…

19.10.2026 / 10:39
Tramp Rusiyaya niyə əlavə sanksiyalar tətbiq etmədiyini açıqladı – onları masadan uzaqlaşdırmaq istəmirəm…

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ