Avropa İttifaqı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlar apara biləcək nümayəndənin namizədliyini müzakirə etməyə başlayıb. Bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Çexiya prezidenti Petr Pavel bildirib ki, Avropa ölkələri Rusiya tərəfi ilə dialoq üçün səlahiyyətləri digər dövlətlərin verəcəyi bir şəxs və ya nümayəndələr qrupunu müəyyən etməlidirlər.
"Biz hər biri Aİ adından danışacaq iki və ya üç nəfərlə gələ bilmərik", - deyə avropalı diplomatlardan biri qeyd edib ki, namizəd daxili siyasi maraqlara deyil, danışıqların effektivliyinə əsasən seçilməlidir.
Potensial nümayəndələr arasında Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa Şurasının sədri António Koşta və Avropa diplomatiyasının rəhbəri Kaja Kallas yer alır. Lakin bəzi diplomatlar Finlandiya prezidenti Aleksandr Stubbu daha uyğun namizəd hesab edirlər.
Tahir TAĞIYEV