Təbriz Musayev: “Fakt odur ki, Kipr məsələsində AKP-nin xarici siyasəti uğursuzdur”
Yunan Kipri Avropa Komissiyasından müsbət qiymətləndirmə alıb və texniki cəhətdən Şengen Bölgəsinə qoşulmağa hazırdır. Lakin Yaşıl Xətt, Britaniya hərbi bazaları və ayrı-ayrı Aİ ölkələrinin mövqeləri ilə bağlı məsələlər prosesi gecikdirə bilər.
Kipr Şengen Bölgəsinə qoşulmağa hər zamankindən daha yaxındır. İllərlə 120 texniki tövsiyənin hazırlanması və tətbiqindən sonra Nikosiya iyul ayında Avropa Komissiyasından müsbət qiymətləndirmə alıb və ölkənin Şengenə qoşulmağa texniki hazırlığını təsdiqləyib. 1 oktyabrda Kiprin Miqrasiya və Beynəlxalq Müdafiə nazirinin müavini Nikolas İoannidis bildirib ki, Kipr texniki cəhətdən Şengen Bölgəsinə qoşulmağa hazırdır. Növbəti addım Aİ ölkələrindən lazımi siyasi dəstəyi təmin etməkdir. Lakin Kiprin Şengen zonasına qoşulması üçün təkcə müsbət texniki qiymətləndirmə kifayət deyil. Qoşulma üçün Avropa Parlamenti ilə məsləhətləşmələrdən sonra Aİ Şurasının yekdil qərarı tələb olunur. Əsas maneələrdən biri 1974-cü ildə Kipri bölən təxminən 180 kilometr uzanan bufer zonası olan Yaşıl Xəttin mövcud olmasıdır.
Aİ-nin Kiprə Şengen zonasına daxil olmasına icazə verməsi nədir? Bu AKP iqtidarının əsas məsələlərdən biri üzrə xarici siyasət uğursuzluğu hesab oluna bilərmi? Məsələ ondadır ki, 1974-cü ildən üzübəri faktiki olaraq ada bölünüb və Şimali Kipr Türk Respublikasının müstəqilliyi tanınmır. Hələ də Türkiyə tərəfindən işğal edilmiş hesab olur. Ancaq Yunan Kipri 2004-cü ildən Aİ-nin üzvüdür və indidə Şengen Zonasına daxil edirlər. ŞKTR-in hüquqlarına ümumiyyətlə hörmət etmirlər. O baxımdan bütün bunlar AKP iqtidarının xarici siyasət uğursuzluqlarından biri sayıla bilərmi?
Sözügedən məsələyə aydınlıq İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, prinsipcə, AKP-nin ŞKTR ilə bağlı siyasəti uğursuz olub: “Bununla bağlı çoxsaylı misallar gətirmək olar. 2002-ci ilin noyabrında AKP Türkiyədə hakimiyyətə gəldi. 2003-cü ildə adadakı yunanlar Annan planına qarşı səs verdilər. Annan planı, Kipr probleminin həlli üçün BMT-nin o zamankı baş katibi Kofi Annan tərəfindən irəli sürülmüş hərtərəfli sülh və birləşmə planıdır. Plan adada onilliklərdir davam edən Türk və Yunan icmaları arasındakı münaqişəni sonlandırmaq və vahid dövlət qurmaq məqsədi daşıyırdı. Daha sonra 1 may 2004-cü ildə Yunan Kipri adanın yeganə qanuni təmsilçisi kimi Avropa İttifaqına tam hüquqlu üzv qəbul edildi. Kipr türkləri isə plana bəli demələrinə baxmayaraq, beynəlxalq izolyasiyada qalmağa davam etdilər. Əgər AKP iqtidarının xarici siyasəti uğurlu olsaydı, bütün bunlar baş verməzdi. Yaxud da bu dərəcədə acınacaqlı vəziyyət yaranmazdı. Deməzdim ki, sözügedən məsələdə bütün məsuliyyət AKP-nin üzərinə düşür. Elə məqamlar var ki, onlardan asılı olmayıb. Ancaq fakt odur ki, Kipr məsələsində AKP-nin xarici siyasəti uğursuzdur. Bunun nəticəsidir ki, türklərin maraqları nəzərə alınmadan Yunan Kiprin Şengen Zonasına qoşulmasına razılıq verilir”.
Vidadi ORDAHALLI