çərşənbə günü, 21 oktyabr 2026
     

ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

Image


ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə Mərkəzi Asiyanın beş ölkəsinin xarici işlər nazirləri ilə görüşərək Vaşinqtonun regionla əməkdaşlığı genişləndirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ son 20 ildə Mərkəzi Asiyaya kifayət qədər diqqət ayırmayıb, indi isə münasibətləri konkret iqtisadi nəticələrə çevirmək istəyir.

Görüşlərdə təhlükəsizlik, ticarət, logistika, enerji və faydalı qazıntıların hasilatı və emalı əsas müzakirə mövzuları olub. Rubio ilə birlikdə regiona təxminən 300 ABŞ şirkətinin nümayəndəsi gəlib. Vaşinqton, xüsusilə kritik mineralların tədarük zəncirini şaxələndirmək və Amerika biznesi üçün yeni investisiya imkanları yaratmaq istəyir.

ABŞ rəsmisi vurğulayıb ki, Vaşinqton Mərkəzi Asiya ölkələrindən Rusiya və Çinlə əməkdaşlığı dayandırmağı tələb etmir. Bununla belə, Ukrayna müharibəsindən sonra region dövlətlərinin xarici əlaqələrini şaxələndirməyə çalışması ABŞ üçün yeni imkanlar yaradıb.

Səfər çərçivəsində Özbəkistanın Artemis (ABŞ-ın NASA kosmik agentliyi və Dövlət Departamentinin təşəbbüsü ilə 2020-ci ildə yaradılmış, kosmosun dinc məqsədlərlə tədqiqi və istifadəsinə dair beynəlxalq prinsiplər toplusudur) Sazişlərinə qoşulması ilə bağlı sənəd imzalanıb. Rubio həmçinin ABŞ Konqresini keçmiş sovet respublikaları ilə ticarətə maneə yaradan Cekson–Vənnik düzəlişini ləğv etməyə çağırıb. O, Rusiya neft məhsullarına sanksiya istisnalarını isə qlobal enerji qiymətləri və ölkələrin iqtisadi ehtiyacları ilə izah edib.

Ümumilikdə, Vaşinqtonun məqsədi Mərkəzi Asiyada iqtisadi və strateji mövqelərini gücləndirmək, regionun təbii sərvətlərinə və nəqliyyat imkanlarına çıxışını genişləndirməkdir.

ABŞ-ın Özbəkistanla Artemis sazişi imzalaması, Qazaxıstanın “İbrahim sazişləri”nə qoşulmaq niyyətini dəstəkləməsi və Mərkəzi Asiyada iqtisadi-siyasi fəallığını artırması regionda yeni geosiyasi rəqabətin gücləndiyini göstərirmi? Vaşinqtonun bu addımları Rusiya və Çinin Mərkəzi Asiyadakı ənənəvi təsir imkanlarını zəiflədə bilərmi və Moskva ABŞ-ın regionda mövqelərini möhkəmləndirməsinə necə reaksiya verə bilər?

Oqtay Qasımov: “Yaxın müddətdə ABŞ-ın Mərkəzi Asiyada mövqelərini gücləndirməsi Rusiya və Çinin təsir imkanlarını zəiflətməyəcək”

Oqtay Qasımov:

Politoloq Oqtay Qasımov “Bakı-Xəbər” qəzetinə müsahibəsində ABŞ-ın Mərkəzi Asiyaya, xüsusilə Özbəkistana marağının artmasının səbəblərini şərh edib.

Politoloqun sözlərinə görə, son illərdə Mərkəzi Asiya dünyanın aparıcı güclərinin diqqət mərkəzinə çevrilib. Ənənəvi olaraq bölgədə ciddi təsir imkanlarına malik olan Rusiya və Çinlə yanaşı, ABŞ, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya da regionda fəallığını artırır, müxtəlif sahələrə investisiyalar yatırırlar.

Oqtay Qasımov bildirib ki, dünyada yeni geosiyasi düzənin formalaşdığı bir şəraitdə nəqliyyat dəhlizləri, enerji resursları və nadir torpaq elementləri strateji əhəmiyyət daşıyır. Bu amillərə nəzarət edən tərəflər beynəlxalq mövqelərini və iqtisadi güclərini artırmaq imkanı əldə edirlər.

Onun sözlərinə görə, Mərkəzi Asiyanın strateji coğrafi mövqeyi, nəqliyyat marşrutları, iqtisadi potensialı və zəngin yeraltı sərvətləri regionu böyük dövlətlər üçün cəlbedici edir. Xüsusilə enerji ehtiyatları, uran və nadir torpaq elementləri uğrunda rəqabət bölgənin əhəmiyyətini daha da artırır.

Politoloq qeyd edib ki, ABŞ-ın Mərkəzi Asiyaya marağı yeni deyil. Region ölkələri müstəqillik qazandıqdan sonra Vaşinqton onlarla münasibətlərin inkişafına başlayıb. 2001-ci ildə Əfqanıstanda həyata keçirilən hərbi əməliyyatlar zamanı ABŞ Özbəkistanla strateji tərəfdaşlıq münasibətləri qurub və Xanabad hərbi bazasından istifadə edib. Sonradan baş verən hadisələr ikitərəfli münasibətlərin soyumasına səbəb olsa da, 2018-ci ildən etibarən əlaqələrdə yeni mərhələ başlayıb.

Oqtay Qasımovun fikrincə, hazırda ABŞ-ın Qazaxıstan və Özbəkistanla münasibətlərinin inkişafı, eləcə də Avropa İttifaqının regionda nəqliyyat, enerji və dağ-mədən sektorlarına investisiya yatırmaq niyyəti geosiyasi rəqabətin güclənməsindən xəbər verir.

Bununla belə, politoloq hesab edir ki, Mərkəzi Asiyada ABŞ-ın və digər Qərb aktorlarının fəallaşması yaxın perspektivdə Rusiya və Çinin bölgədəki ənənəvi təsir imkanlarını ciddi şəkildə zəiflətməyəcək. Çünki bu ölkələrin regionda kifayət qədər böyük iqtisadi və siyasi mövqeləri mövcuddur. O, gələcək dövrdə rəqabətlə yanaşı, əməkdaşlıq imkanlarının da qorunacağını düşünür.

Politoloq əlavə edib ki, Rusiya və Çin ABŞ-ın, eləcə də Avropa İttifaqının regionda mövqelərini möhkəmləndirməsindən məmnun olmasalar da, bu narazılıq həmin prosesin qarşısını almaq üçün kifayət etmir. Rusiyanın üzləşdiyi ciddi problemlər də onun imkanlarını məhdudlaşdırır.

Oqtay Qasımovun sözlərinə görə, ABŞ, Çin və Rusiya prezidentlərinin mümkün görüşü zamanı Mərkəzi Asiya ilə bağlı məsələlərin də müzakirə olunması və tərəflər arasında müəyyən razılaşmaların əldə edilməsi istisna deyil.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

SON XƏBƏRLƏR

21.10.2026 / 18:15
Paşinyan Bakı ilə sazişi 31-ci ilə atdı - Trampdan heç bir reaksiya yoxdur...

21.10.2026 / 18:03
Putin və Uitkoff arasında üç saat davam edən görüş başa çatdı...

21.10.2026 / 17:47
ABŞ Özbəkistanla Artemis, Qazaxıstanla İbrahim sazişi barədə razılığa gəldi – Putin buna dözəcək?..

21.10.2026 / 17:34
Rusiya “Rassvet” peykləri ilə Ukrayna və Avropa üçün hərbi fəlakət ssenariləri hazirlayır ....

21.10.2026 / 17:22
Gürcüstan hakimiyyəti xalqı Rusiya ilə total barışığa hazırlayır...

21.10.2026 / 17:10
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı

21.10.2026 / 17:06
Azərbaycan daha bir rekord vurdu - "tranzitlərin rekordu"...

21.10.2026 / 16:58
Kirayə mənzillə bağlı qaydalar dəyişdirildi

21.10.2026 / 16:50
Neft Fondumuzun çox valyuta qazanmasına mane olan tək səbəb var...

21.10.2026 / 16:24
Memar Kərbəlayi Səfixan Qarabağinin sorağı ilə Rizvan Qarabağlının axtarışları...

21.10.2026 / 16:16
ABŞ Ukraynanı əsl kapitulyasiyaya hazırlayır – internet də, raketlər də kəsildi...

21.10.2026 / 15:47
AK Partinin “uğurlu dış politkası” bumu “Binəli Yıldırım, ya Sisi”? - ...Fidanın çıxışı faktlarla alt-üst edildi...

21.10.2026 / 15:18
Azərbaycana qripə qarşı vaksinlər gətirildi - peyvəndləmə başlayır...

21.10.2026 / 15:10
Necmettin Erbakanın oğlunun da Azərbaycana girişinə qadağa qoyuldu...

21.10.2026 / 14:59
“Naxçıvan Aqroservis” ASC-nin sədri saxlanıldı - YEYİNTİ...

21.10.2026 / 14:51
Azərbaycanda Türkiyə vətəndaşlarına viza tətbiqi çağırışları - Daha bu qədər də yox...

21.10.2026 / 14:46
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb

21.10.2026 / 14:31
Rusiya ABŞ-a 40 min ton dizel yanacağı göndərir – tankerlər sabah yola düşəcək...

21.10.2026 / 14:26
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılış mərasimində iştirak edib - FOTO

21.10.2026 / 14:21
Trampın elçisi Putinə Rusiya-ABŞ-Ukrayna danışıqlarının bərpasını təklif etdi...

21.10.2026 / 14:07
AK Parti iqtidarının antiazərbaycançılığı TDT-nin gələcəyini sual altında qoyur...

21.10.2026 / 14:02
Sankt-Peterburqda Putinin Uitkoffla görüşü başladı

21.10.2026 / 13:51
Şimali Makedoniyanın dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

21.10.2026 / 13:35
Azərbaycanda yeni bank yaradıla bilər - Aİ-dən TƏKLİF...

21.10.2026 / 13:30
AK Parti iqtidarının müxalif bələdiyyələrdə siyasi əməliyyatlarının pərdəarxası - Ölkə vətəndaş savaşına sürüklənir...

21.10.2026 / 13:20
31 Türkiyə vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - Ömer Faruk Gergerlioğlu, Fatih Erbakan... TAM SİYAHI...

21.10.2026 / 13:06
Aİİ Şurasının Ermənistanla müqavilənin dayandırılmasının mümkün nəticələri ilə bağlı hesabatı təqdim etdi – Kremldən ilk açıqlama...

21.10.2026 / 12:56
İsrail İrana hücum qərarından son anda imtina etdi – Tramp Netanyahunun planlarını pozdu...

21.10.2026 / 12:42
Bakıda xalçaları yumaq adı ilə oğurlayan şəxs saxlanıldı

21.10.2026 / 12:30
Məktəblərdə "TikTok"a giriş məhdudlaşdırıldı...

21.10.2026 / 12:19
Azərbaycanlı çoban Ermənistan ərazisinə keçib - İDDİA...

21.10.2026 / 12:12
Jurnalistlərin adından saxta Vatsap hesabları yaradılır - MŞ xəbərdarlıq etdi...

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərarı...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ