ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqot bildirib ki, Birləşmiş Ştatlar husilərin bir sıra hücumlarından sonra bəzi diplomatlara və dövlət işçilərinin ailələrinə Səudiyyə Ərəbistanını tərk etməyi əmr edib.
"ABŞ Dövlət Departamenti bütün ABŞ hökumət işçilərinin və onların ailələrinin təcili vəziyyətlər istisna olmaqla, Səudiyyə Ərəbistanını tərk etmələri barədə əmr verib" – deyə Piqot sosial mediada yazıb.
Dövlət Departamentinin sözçüsü bəzi media orqanlarının səyahət əmrlərinin Körfəz ölkələrindəki digər ABŞ səfirliklərindəki işçilərə də şamil edildiyi barədə xəbərlərinin düzgün olmadığını bildirib. Bundan əvvəl bəzi media orqanları ABŞ səfirliyinin əməkdaşlarına və onların ailələrinə Səudiyyə Ərəbistanını, eləcə də Birləşmiş Ərəb Əmirliklərini, İordaniyanı, Qətəri və Bəhreyni tərk etmələri əmr edildiyini bildirmişdi.
Dövlət Departamentinin sözçüsü husilərin Səudiyyə Ərəbistanına qarşı hərbi əməliyyatlarının getdikcə artdığını və bunun da mülki şəxslərin itkisinə və səyahət pozuntularına səbəb olduğunu bildirib.
Tahir TAĞIYEV